Ram Nath Kovind Hindistanın yeni Prezidenti seçilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, onun namizədliyini hakim Hindistan Xalq Partiyası irəli sürmüşdü. R. N. Kovind seçicilər kollegiyasının 65 faizdən çoxunun səsini toplayıb. O, Hindistanda prezident vəzifəsinin tətbiq edildiyi 1950-ci ildən bəri ölkənin 14-cü Prezidenti oldu. Qeyd edək ki, seçkilər iyulun 17-də keçirilib. Hindistanda Prezident ümumxalq seçkilərdə deyil, seçicilər kollegiyasında seçilir. Kollegiyaya ölkə parlamentinin yuxarı və aşağı palatalarının üzvləri, eləcə də ştatların qanunvericilik yığıncaqlarının üzvləri daxildirlər. Səsvermədə ümumilikdə 4896 nəfər iştirak edib.