İsrail Suriya qoşunlarına hücum etdi

İsrail aviasiyası Suriya hökumət qoşunlarının iki tankına və artilleriya mövqelərinə hücum edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, İsrailin nəzarət etdiyi Qolan təpələrinin bir hissəsinə düşən mərmilərə cavab olub. Hərbçilər etiraf ediblər ki, Suriya tərəfindən atəşə tutulma mərmilərin təsadüfən düşməsi nəticəsində baş verib, lakin bunu İsrailin suverenliyinin qəbuledilməzi pozulması kimi qiymətləndiriblər. İsrail Hərbi Hava Qüvvələri Suriyadan buraxılmış 10-dan çox mərminin Qolan təpələrinə düşməsinə cavab olaraq atəşin aparıldığı mövqelərə hücum edib. İsrail tərəfindən xəsarət alan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top