Bu kitabların tirajları hər kəsi təəccübləndirir: 150-200 milyon

Oxuduğumuz kitabların neçə tirajla satılması da bizi maraqlandırır. On, iyirmi, əlli milyon və s. tirajla satılan kitablar haqqında oxuyanda insan təəccübünü gizlədə bilmir. Bu gün isə yüz milyon tirajdan artıq satılan kitablar haqqında məlumat verəcəyik. “Yeniavaz.com” dünya bestsellerləri içərisində ən çox tirajla satılan dörd əsər haqqında yazını təqdim edir.

"İki şəhərin hekayəsi" - Bu əsərin müəllifi ingilis ədəbiyyatının ən məşhur yazıçı və roman müəlliflərindən biri olan Çarlz Dikkensindir. Roman üç kitabdan ibarətdir. 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan roman kimi tarixə düşüb. Birinci kitab "Yaşama qayıtmış" adlanır. Əsərin bu hissəsində hadisələr belə cəryan edir: "1775-ci ildə günahsız yerə Parisdəki bir həbsxanada 18 ilini keçirdikdən sonra, köhnə bir dostunun köməyi ilə xilas olan həkim Aleksandr Manettinin azadlığa buraxılması ilə hər şey başlayır. "Tellson" bankının işçisi olan Ceri bankın menecerlərindən biri Loriyə xəbər çatdırmaq üçün yola düşür. Lorinin olduğu faytona çatan Ceri digər sərnişinlərin və faytonçunun şübhəli baxışları arasında məktubu Loriyə çatdırır, o isə əvəzində Ceriyə cavab olaraq bankın rəhbərliyinə "yaşama qayıtmış" deməyini tapşırır.

İkinci kitab "Qızıl bağ"adlanır. Müəllif ikinci bölümə beş il sonra, 1780-ci il İngiltərədə, "Tellson" bankının təsviri ilə başlayır. Bankın keçmiş işçilərindən biri Ceriyə “Old Beylidəki” məhkəməyə məktub aparmağı tapşırır.

Üçüncü kitab “Qasırğa” adlanır. Bu, son hissədir və hadisələr belə sona çatır; ölkə üsyançıların qaydaları ilə idarə olunmağa başlayır, bu qaydalar da varlıları hər yolla məhv etmək üçün müəyyənləşdirilib. Yeni qanunlardan buraya gəldikdən sonra xəbər tutan Çarlz həbs olunur. Məktubu alan Lusia da atası, qızı və Prossla birgə Fransaya qayıdır və burada yaşamağa başlayır.

Üzüklərin hökmdarı” - Bu roman “İki şəhərin hekayəsi”ndən sonra 150 milyon tirajla satılan roman kimi ikinci yerdə qərarlaşıb. Əsərin müəllifi ingilis yazıçısı Con Ronald Ruel Tolkienindir. 38 dilə tərcümə edilib. Kitab fentezi janrı (ədəbiyyatdan götürülmüş və film, cizgi film eləcə də teatr kimi bir sıra sahələrdə istifadə olunan janrdır) ədəbiyyatına, stolüstü və kompüter oyunlarına, bütövlükdə dünya mədəniyyətinə böyük təsir göstərmişdir.

Balaca şahzadə” - müəllifi fransız yazıçısı Antuan de Sent-Ekzüperidir. 140 milyon tirajla satılan bu əsər ilk dəfə Nyu-Yorkda çap edilib. Əsərin proloqunda belə yazılıb: "Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır" . Qeyd edək ki, əsər 180 dilə tərcümə olunub.

"Xobbit" - müəllifi İngilis yazıçısı Con Ronald Ruel Tolkindir. Müxtəlif dillərə tərcümə olunub və 100 milyon tirajla satılıb. Qeyd edək ki, “Üzüklərin hökmdarı” seriyası bu kitabın davamıdır.

Dünya çapında ən çox satılan kitablar seriyasında 100 milyon tirajla çap olunan Aqata Kristinin, Tsao Syuetsinin əsərləri də yer alır.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top