Goranboya dolu düşüb

Bu gün Goranboya dolu yağıb. Saat 17-30 radələrindən başlayan güclü yağış sonradan doluya çevrilib. Yerli sakinlər təbiət hadisənin təxminən yarım saata qədər davam etdiyini bildiriblər. Dolu əsasən kəndlərdə meyvə, tərvəz əkilən sahələrə ziyan vurub. Hazırda yığımı aparılan gilas,alça,ərik və digər meyvələr dolu nəticəsində zay olub. Sakinlər bildirir ki, leysan yağışı taxıl sahələrinə də ziyan yetirib. Bu sahələrdə biçini gecikdirib.

Esmira Hidayətova, Goranboy.

DİGƏR XƏBƏRLƏR

Top