Putinə həsr olunmuş smartfon buraxıldı FOTO

Rusiyanın lüks smartfonlar brendi “Caviar” ölkə prezidenti Vladimir Putinin “Forbes” jurnalının versiyası üzrə ardıcıl dördüncü dəfə dünyanın ən nüfuzlu insanı seçilməsi münasibətilə yeni smartfon buraxıb. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, yeni model smartfon “Supremo Putin Quattro Volte” (Böyük Putin dördüncü dəfə) adlanır. Model minimum sayda 44 ekzemplyarda buraxılıb. Telefon barelyef və qravürü birləşdirən unikal texnika üzrə hazırlanıb. Model 46 brilyantla bəzədilib. TelefonuN qiyməti 297 min rubldur. “Caviar” şirkəti italiyalı zərgər İliya Cakometti tərəfindən təsis edilib. 2015-ci ildən firmanın işləri üzrə idarəçilik Rusiyaya keçib.

DİGƏR XƏBƏRLƏR

Top