Deputatlar DYP-yə qarşı: Deputatların avtomobili də toxunulmazdır?

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi - VİDEO

Nə becərməliyik: meyvə-tərəvəz, yoxsa pambıq? - ANALİZ

Cümə, 25 may 2018
TR EN RU

Menu

Cümə, 25 may 2018
EN TR RU

QARA QUTU

Nəsli kəsilmiş heyvanlar yenidən canlandırılır - FOTOLAR

18.05.2017 17:34

Bir vaxtlar Yer kürəsində yaşayan, ancaq müəyyən səbəblərdən nəsli kəsilən heyvanlarla bağlı məsələ uzun illər bioloq alimləri düşündürüb. Bu müstəvidə də ötən əsrin 70-ci illərindən başlayaraq bioloqlar tərəfindən nəsli kəsilmiş heyvanların bərpası istiqamətində atılan addımlar elmdə yeni bir sahənin- klonlaşdırmanın yaranmasına gətirib çıxardı. Məhz klonlaşdırma yolu ilə Dolli adı verilən qoyunun əkizinin çıxarılmasından sonra bioloqlar min illər bundan əvvəl yaşayan və nəsli kəsilən bir çox heyvanların genetik əkizinin çıxarılması üzərində işləməyə başladılar. Bəri başdan deyək ki, artıq bu sahədə həyata keçirilən uğurlu tədqiqatlar yox olan heyvanların nəslinin bərpa edilməsinə imkan verməkdədir. Dini baxımdan bunun yolverilməzliyinin vurğulanmasına baxmayaraq əksər aparıcı ölkələrdə təbii rəngarəngliyi qorumaq və onu bərpa etmək naminə nəsli kəsilmiş heyvanların nəslinin bərpasına icazə verilib. Çünki günümüzdə təbi canlılar aləminin rəngarəngliyinin qorunub saxlanılması və barpası bəşəri inkişaf baxımından da oduqca vacib hesab edilir.

Mamont və Tasmaniya pələngi

Bioloq alimlər ilk növbədə mamontun nəslinin bərpasını önə çıxarıblər. Bununla bağlı hazırda mamontun surətinin çıxarılması istiqamətində həyata keçirilən tədqiqatlar son mərhələyə qədəm qoyub. Buzlaqlardan yaxşı saxlanılmış mamont qalıqlarınıı hüceyərlərini-DNT-sini əldə edən bioloq alimlər onun üçün ana bətni kimi fili seçiblər. Gələn il bununla bağlı eksperimentə başlanılacaq. Əgər tədqiqatlar uğurla başa çatdırılsa, onda 2020-ci ildə ilk mamont balası əldə ediləcək. Bunun isə elmdə yeni inqilab demək olacağı ehtimal edilir. Təbii ki, surəti çıxarılan yeni mamont genetik baxımından nə qədər əcdadını xatırlatsa da, onun bir çox hallarda yaşam baxımından günümüzdəki heyvanlardan fərqlənməyəcəyi ehtimal edilir. Amma bioloq alimləri yalnız mamontun nəslinin bərpası deyil, həm də nəsli çoxdan kəsilən digər heyvanların yenidən klonlaşdırılması maraqlandırır. Məsələn, Kembric universitetinin bioloqları nəsli kəsilənTasmaniya pələnginin bərpası məqsədi ilə aparılan tədqiqatları artıq başa çatdırmaq üzrədirlər. Bir müddət öncə Kembric Universitetinin bioloqları Tasmaniya pələnginin klonlaşdırılması üzrə bioloji tədqiqatları başa çatdırdıqlarını bildiriblər. Onlar 2020-ci ildə klonlaşdırma yolu ilə Tasmaniya pələnginin əkizinin surətinin əldə ediləcəyini və bununla da onun nəslinin bərpasına nail olacaqlarını bəyan ediblər.

Pireney oğlağı və Qılıncdişli pələng

Yer kürəsində ekoloji tarazlığın brpa edilməsi istiqamətində atılan addımlardan biri də bu yaxınlarda nəsli kəsilən Pireney oğlaqının klonlaşdırılması və onun yenidən təbiətə qaytarılmasının təmin edilməsi ilə bağlıdır. Bu ekzotik heyvan nəinki Pireney, həm də Yer kürəsində ən nadir və gözəl heyvanlardan biri hesab edilir. Lakin qadağalara baxmayaraq Piriney oğlaqının ovlanmaqda davam etməsi sonda onun nəslinin kəsilməsinə gətirib çıxardı. Ötən il bioloq alimlər tərəfindən klonlaşdırma yolu ilə Pireney oğlağının əkizini əldə etmək mümkün oldu. Amma körpə oğlaq az yaşadı. Bununla belə əldə edilən təcrübəni bir daha nəzərdən keçirən bioloq alimlər yaxın bir neçə ildə azı 3-5 il yaşamağa qadir olacaq Pireney oğlağının əkizini əldə edəcəklərini bildiriblər.

ABŞ-ın bioloq alimləri isə hazırda 11 mil bundan əvvəl nəsli kəsilən qılıncdişli pələngin klonlaşdırma yolu ilə surətini çıxarmaq üçün eksperimentlər aparırlar. Bu məqsədlə Kaliforniyadan tapılan və yaxşı saxlanılməş qılıncdişli pələngdən əsas tədqiqat obyekti kimi istifadə edirlər. Yenə də bioloq alimlərin dediklərinə inansaq,yaxın illərdə qılıngdişli pələngin surətinin çıxarılması mümkün olacaq.

Nəhəng tənbəl, yunlu gərgədan və İrland sığını

Hazırda bioloqlar tərəfindən nəsli min illər öncə kəsilən və müasir ayıların əcdadı hesab edilən və Nəhəng tənbəl adı verilən heyvanın klonlaşdırılması üzərində də işlər uğurlar davam edir.

Bioloqlar klonlaşdırma yolu ilə 2023-cü ildə müasir ayıların əcdadlarının surətinin çıxarılacağını proqnozlaşdırıblar. Nəsli kəsilən digər qədim heyvan olan yunlu gərgədanın da klonlaşdırlması ilə bağlı eksperimentlər gələcəyə ümidlə baxmağa imkan verir. Əgər indiki gərgədanlar Afrikanın istisində yaşamağa üstünlük verirlərsə, onların əcdadları hesab edilən yunlu gərgədanlar soyuq iqlim qurşağında yaşayıblar. Yunlu gərgədanın Arktika buzlaqları arasında yaxşı saxlanılmış cəsədindən alınan hüceyrlərlə bağlı eksperimentlər isə davam edir. İrlandiyalı bioloqlar isə buzlaşma dövründə məhv olan və indiki maralların əcdadı hesab edilən və İrland sığını adı ilə tanınan heyvanın əkizinin surütinin çıxarılması üçün aparılan tədqiqatların yaxın vaxtlarda başa çatdırılacağını bildiriblər.

Bir sözlə əksər bioloq alimlərin fikrincə, 2030-cu ilə kimi min illər bundan əvvəl yaşayan nəsli kəsilən əksər heyvan növlərinin nəsli bərpa ediləcək. Bu isə ekoloji tarazlığın bərpası baxımından olduqca vacibdir.

Əziz Mustafa

Oxundu 1589