ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

PƏNCƏRƏ

Bu gecə Allahdan əfv fərmanı var

10.05.2017 15:52


Bu gecə Şaban ayının on dördüncü gününü on beşinci gününə bağlayan gecədir. İslam təqvimində gecə gündüzdən əvvəl gəldiyi üçün Şabanın on beşinci gecəsidir. Şabanın on beşinci gecəsinə Bəraət gecəsi deyilir. Bəraət sözünün dilimizdə tam qarşılığı bir borcdan, cəzadan, ittihamdan, arzuolunmaz durumdan qurtarmaq, azad olmaq, bəraət qazanmaqdır.

Bəraət gecəsi ilə bağlı sevimli Peyğəmbərimizdən (Ona Allahın salamı olsun!) gələn bir çox müjdələr var. Bu gecənin bir bərəkət fürsəti, günahlardan təmizlənmə imkanı, Allah-Taalanın mərhəmətinin coşub daşdığı bir zaman dilimi olduğu bildirlir.

Rəsulullahın (s.ə.s.) bu gecə haqqında belə söylədiyi bildirilir:

"Şaban ayının on beşinci gecəsi olduğu zaman, o gecəni ibadətə qalxın. Və o gecənin gündüzünü də (ardınca gələn günü) oruc tutun. Çünki o gecə gün batandan sübh zamanına qədər Allah-Taala: "Məndən bağışlanmasını diləyən yoxdurmu, onu bağışlayım; Məndən ruzi istəyən yoxdurmu ona ruzi verim; Bir bəlaya mübtəla olan yoxdurmu, ona qurtuluş verim", - buyurar. (İbn Macə)

Sevimli Peyğəmbərimizin bu gecə sabaha qədər ibadət etdiyini görən xanımı Aişə anamız:

- Ey Rəsulullah, Sən Allahın ən sevimli qulusan, buna baxmayaraq niyə özünü bu qədər yorursan? - deyə soruşur. Rəsulullah cavabında belə buyurur:

- Ey Aişə, mən şükr edici qul olmayımmı? Ey Aişə, bu gecə nələr olduğunu bilirsənmi?

Aişə anamız təkrar soruşdu:

- Bu gecənin digər gəcələrdən üstünlüyü nədir, ey Allahın Rəsulu?

Rəsulullah belə cavab verdi:

- Qarşıdakı bir il içində doğulacaq bütün uşaqlar bu gecə dəftərə qeyd olunur. Bir il ərzində öləcək olanların adları bu gecə xüsusi dəftərə yazılır. Bu gecə hər kəsin ruzisi müəyyən edilir. Bu gecə hər kəsin əməlləri və işləri Allah-Taalaya ərz olunur".

Bir çox İslam alimləri bu gecənin Qədir gecəsindən sonra ilin ən bərəkətli gecəsi olduğınu yazırlar. Bir hədisi-şərifdə sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bu gecədə Kəlb qəbiləsinin qoyunlarının yununun sayından daha çox insan əfv olunur. Kəlb qəbiləsi Rəsulullah (s.ə.s.) zamanında qoyunlarının çoxluğu ilə tanınmışdı.

Böyük İslam alimlərindən biri Qədir gecəsində bir xeyir əmələ otuz min savab, Bəraət gəcəsində isə iyirmi min savab yazıldığını söyləyir.

Bəli, bu gecə Allah-Taala öz qullarına məğfirət edər, ancaq Allaha şərik qoşanlar, kahinlik edənlər, cadu ilə məşğul olanlar, sələmçilikdə israr edənlər, ata-anasını incidənlər, içki içməyə, zina etməyə davam edənlər bu məğfirətdən faydalana bilməzlər. Bu kateqoriyaya daxil olan insanlar tövbə etmədikcə Allah-Taala onları bağışlamaz.

Bu gecə nafilə namaz qılmaq, zamanında qılınmamış namazların qəzasını qılmaq, Quran oxumaq, dua eləmək lazımdır. Bəndə Allah-Taalaya verdiyi nemətlər üçün şükr etməli, xətaları, günahları üçün tövbə etməli, Ondan əfv, mərhəmət diləməli, Cəhənnəm atəşindən qurtarmaq üçün yalvarmalıdır.

Bu gecə ölmüşləri xatırlamaq, onlar üçün Allaha dua eləmək lazımdır. Əmin olun ki, sizin dualarınız onlara çatır. Xüsusən də övladların dualarının daha faydalı olduğu bildirilir. Sevimli Peyğəmbərimizin (s.ə.s.) bildirdiyinə görə, saleh övladın xeyir əməllərindən, dualarından valideynin də əməl dəftərinə savab yazılır. Nə qədər də xoş müjdə!

"Ya Rəbb! Bizə dünya və axirət səadəti ehsan eylə! Bizi doğru yola yönəltdikdən sonra qəlbimizin o yoldan sapmasına imkan vermə!" - deyə dua eləmək çox faydalıdır. Bu dua əslində bəndənin Allaha təslimiyyətini göstərir.

Bəzi alimlər Quranda bu gecənin bərəkətinə dair bəzi işarələrin olduğunu söyləyirlər.

Bütün bu bilgilərdən sonra mövzunu soyuq ağılla toparlamağa çalışaq. Bəli, bu gecə çox bərəkətli gecədir, amma sən bu bərəkətə layiq bir addım atırsanmı? Allah xatirinə bir dərdliyə əl uzadıb, bir ehtiyac sahibinə kömək edirsənmi? Əlindən bir şey gəlməsə belə bu gecə üzünü Qibləyə, dizlərini yerə qoyub, "Allahım, mən nə qədər günahkar olsam da, Sənin qulunam, Sən bağışlayansan, bağışlamağı sevərsən, məni də bağışla, məni də düz yola yönəlt və qəlbimi o yolda sabit qıl! Ölmüşlərimə rəhmət eylə!"- deyə dua edirsənmi?

Dua - bəndənin Allaha yalvarmasıdır, dərdini Ona açması, Ondan yardım diləməsidir. Allah qarşısında əyilmək yüksəlməkdir. Çəkinmə, günahın yerlə göyün arasını dolduracaq qədər ola belə Allahın mərhəmətindən ümidini kəsmə! Günahlarından tövbə elə, bir daha o günahları etməyəcəyinə dair Allah-Təalaya söz ver. Əmin ol ki, səmimi tövbənin yuməyəcağı günah yoxdur. Ümidli ol, "bismillah" de və əllərini aç! Bəraət gecəniz mübarək olsun! Allah-Taala ümməti-Muhammədə imanla, Quranla şahlanmağı nəsib buyursun, ölmüşlərimizə rəhmət eləsin, bəraət nuru ilə könlümüzü, ruhumuzu nurlandırsın!

Oxundu 6117