hekimler-korpenin-gozunden-11-parazit-cixardilar-foto

Həkimlər körpənin gözündən 11 parazit çıxardılar - FOTO

turkiyedeki-ermeni-kilselerinin-sayi-ermenistandaki-kilselerinin-sayindan-coxdur-siyahi

Türkiyədəki erməni kilsələrinin sayı Ermənistanda kilsələrinin sayından çoxdur - SİYAHI

azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

QARA QUTU

Dünyanın ən dərin gölləri - FOTOLAR

09.05.2017 17:39

Dünyada mövcud olan çoxsaylı göllər Yer kürəsinin şirin su ehtiyatlarının 67,4 faizini özündə cəmləşdirib. Onların çoxunun dərinliyi hətta əksər dənizlərin dərinliyindən daha çoxdur. Belə göllərdən biri də İndoneziyanın cənubundakı Sulavesi adasında yerləşən Matano gölüdür. Matano gölü bölgədə baş verən tektonik proseslər nəticəsində yaranıb və onun dərinliyi 590 metrdir. Bu göl İndoneziyada əsas içməli su mənbəyi kimi məşhurdur. Həddindün artıq təmiz olan Matano gölünün suyundan hətta bir çox xəstəliklərin müalicəsində belə istifadə edirlər. Göldə çox saylı bitki növləri, o cümlədən balıq və xərgəngəbənzər canlılar yaşayırlar. Gölün sahilində nikel yataqları yerləşir. Matano gölünü su ilə əsasən Pateya çayı təmin edir.

Kreyter gölü

Dünyanın ən şirinsulu göllərindən biri də 594 metr dərinliyi olan ABŞ-dakı Kreyter gölüdür. Oreqon ştatında yerləşən bu göl 7 min il əvvəl Maynt-Mazama vulkanının piskürməsi nəticəsində yaranıb. Yaz fəslində buzların əriməsi zamanı göl həddindən artıq təmiz, göz yaşı kimi duru və insanı heyran edəcək dərəcədə mavi olur. Kreyter gölü Oreqon ştatında əsas içməli su mənbələrindən biri hesab edilir. Kreyter gölünün suyu da olduqca təmiz olduğundan ondan müalicə vasitəsi kimi istifadə edirlər. Yerli əhali deyir ki, kim Kreyter gölünün suyundan hər gün içsə onda 100 ildən çox yaşayacaq. Onu da deyək ki, Kreyter gölü də ABŞ- da turistlərin ən çox sevdiyi və dincəldiyi yerlərdən biridir.

İssık-Kul gölü

Tyan-Şan dağlarının şimal hissəsində Qırğızıstan ərazisində yerləşən və axarı olmayan duzlu İssık-Kul gölü Orta Asiyada ən dərin göllərdən biri kimi tanınır. Qırğız tükcəsindən tərcümədə isti göl mənasını verən İssık-Kul gölünün dərinliyi isə 702 metrdir. O dərinliyinə görə dünyada yeddinci yerdədir. İssık-Kul gölü duzlu olduğundan hətta ən şaxtalı qışlarda belə donmur. Bəzi məlumatlara görə,Teymurləng məhz bu göl ətrafında özünün daşlardan ibarət piramidasını qurub. 2006-cı ildə aparılan arxeoloji qazıntılar zamanı İssık-Kul gölünün dibində 2500 il əvvəl mövcud olan sivilizasiyanın izləri aşkar edilib.

Malavi gölü

Şərqi Afrikanın cənubunda, Mozambik, Malavi və Tanzaniya arasında yerləşən Malavi gölü də dünyanın ən dərin göllərindən biri hesab edilir. Onun dərinliyi 706 metrdir. Dərinliyinə görə, Afrikada ikinci göl hesab edilən Malavi də dünyanın ən şirin sulu göllərindəndir. Malavi gölündə dünyanın digər yerlərində rast gəlinməyən zəngin balıq növləri yaşayır. Malavi gölü də ekzotik baxımdan olduqca gözəldir və ora turistlərin sevimli məkanlarındandır. Amma alimlər artıq göllə bağlı həyəcan siqnalı çalmağa başlayıblar. Belə ki, son illərdə Malavi gölünün quruması prosesi gedir. Tədqiqatlar zamanı məlum olub ki, gölün dərinliyi təxminən 100 metr azalıb. Buna da səbəb gölün səthində baş verən güclü buxarlanmalar və Şire çayının öz başlanğıcını göldən götürməsidir.

San-Martin gölü

Argentina ilə Çili arasında, dəniz səviyyəsindən 250 metr hündürlükdə yerləşən Pataqoniyadakı San-Martin gölü (digər adı Ohiqqins) də dünyanın ən şirinsulu göllərindən biri kimi məşhurdur. 1058 kvadrat metr sahəsi olan San-Martin gölünün dərinliyi 836 metrdir. Bu göl Cənubi Amerikada ən dərin göllərdən biri hesab edilir. Gölün iki adlı olmasının səbəbi argentinalı San-Martinin və çilili Ohiqqinsin birgə azadlıq mübarizəsinə rəhbərlik etmələri ilə bağlıdır. Mayer çayı hər il özü ilə San-Martin gölünə min kubmetrlərlə şirin su axıdır. Göldən başlanğıcını götürən Paskya çayı isə Sakit okeanına tökülür. San-Martin gölünü fərqləndirən, ona gözəllik verən bir amil də onun suyunun süd-mavi rəngə çalmasıdır. Buna səbəb isə Mayer çayının özü ilə gölə axıtdığı daşlar və yarı ərimiş buz parçalarıdır. Malavi gölü də turistlərin sevimli yerlərindən biridir və onun da olduqca təmiz olan suyundan bir çox xəstəliklərin müalicəsində istifadə edirlər.

Xəzər

Dünyanın ən dərin gölləri arasında Xəzər dördüncü yeri tutur. Ərazisinə və yer qabığının okean tipli olmasına görə dəniz də adlandırılan Xəzərin dərinliyi 1025metr, ərazisi isə 371 min kvadrat kilometrdir. Xəzərə 130 çay tökülür, onlardan ən irisi isə Volqa çayıdır. Xəzər zəngin faunaya malikdir. Bundan əlavə bura təbii yeraltı ehtiyatlarla, o cümlədən neft və qazla zəngindir. Xəzərin neft və qaz ehtiyatları 12 trilyon dollardır.

"Vostok" gölü

Antarktidakı Rusiyaya məxsus "Vostok" stansiyası ərazisində yerləşən "Vostok" gölünün dərinliyi 1200 metrdir. 1996-cı ildə aşkar edilən "Vostok" gölü milyon il bundan əvvəl olduğu kimi təbiiliyini qoruyub saxlayıb. Burada hazırda tədqiqatlar aparılır və gölün milyon il əvvəlki vəziyyəti öyrənilir. Artıq alimlər iki kilomter dərinlikdən göldən götürülən su numunələrinin müalicəvi xüsusiyyətlərə malik olduğunu bildiriblər.

Tanqanika gölü

Tanzaniya, Konqo, Burundi və Zambiya arasında yerləşən Tanqanika gölü dərinliyinə görə, Afrikada birinci yerdədir. 1470 metr dərinliyi olan Tanqanika gölü də tektonik proseslər nəticəsində əmələ gəlib. Onun uzunluğu 673 kilometrdir. 1858-ci ildə Böyük Britaniyalı tədqiqatçılar Con Spik və Riçard Berton tərəfindən təsadüf nəticəsində aşkar edilib. Tanqanika gölündən Lukuqa gölü öz mənbəyini götürür. Göldə çoxlu sayda gərgədanlar, timsahlar, hippopatamlar, balıq növləri yaşayır.

Baykal gölü

Baykal gölü dərinliyinə görə, dünyada birinci yerdədir. Bu baxımdan Baykal dünyanın ən zəngin şirin su mənbəyi hesab edilir. Onun dərinliyi 1642 metdir. Dünyanın şirin su ehtiyatlarının 20 faizi Baykalda toplanıb. Misal üçün deyək ki, Baykalın su ehtiyatları ABŞ-ın bütün göllərinin şirin su ehtiyatlarından iki dəfə çoxdur. Baykal da tektonik proseslər nəticəsində yaranıb. Buranın faunası olduqca zəngindir. Ona görə də Baykal gölü YUNESKO-nun qorunan beynəlxalq mədəni irs obyektləri siyahısına daxil edilib.

Əziz Mustafa

Oxundu 2958