Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

Deputata “Xalq yazıçısı” adı verilib

Prezident fərman verdi - Yeni xidmət yaradıldı

Cümə, 25 may 2018
TR EN RU

Menu

Cümə, 25 may 2018
EN TR RU

QARA QUTU

Bermud üçbucağından da sirli yerlər - FOTOLAR

01.05.2017 18:56

Dünyada sirrini gizlətməkdə davam edən Bermud üçbucağı barədə bəlkə də çoxları bilir. Amma Bermud üçbucağı dünyada yeganə belə sirli yer deyil. Dünyanın müxtəlif yerlərində Bermud üçbucağı kimi onlarla sirli yerlər mövcuddur. Onlar da özlərində çoxsaylı sirləri gizlətməkdədirlər. Belə sirli yerlərdən biri Brazilyadadır. Amma əgər Bermud üçbucağı gəmiləri və onun üzərindən uçan təyyarələri maqnit kimi özünə cəlb edərək belə demək mümkünsə öz daxilində yoxa çıxarırsa, Braziliyadakı maqnit anamoliyası adı verilən ərazi eyni funksiyanı kosmik aparatlara münasibətdə həyata keçirir. Qeyd edək ki, Braziliyadakı bu sirli və təhlükəli ərazi elmdə Van Allen adlanan radiasiya kəmərinin Yerin səthinə yaxın olması ilə bağlıdır. Buna görə də ərazidə əmələ gələn maqnit anamoliyası kosmik gəmilərin texniki sistemlərində çoxsaylı problemlərə və bəzi proqram təminatının sıradan çıxmasına yol açır. Bu yaxınlarda Habbl teleskopu həmin ərazinin üzərindən keçərkən ondakı demək olar əksər cihazlar sıradan çıxmışdı. Kosmik gəmilər həmin ərazinin üzərindən keçərkən kosmonavtlar efirlə əlaqəyə çıxmırlar. Bir çox astronovatlar həmin ərazinin üzərindən keçərkən çoxsaylı ulduzların maqnit anamoliyası üzərinə düşdüyünü müşahidə ediblər.

Şeytan dənizi

Sakit okeandakı Şeytan dənizi və Əjdaha üçbucağı adlanan ərazidə də müntəzəm olaraq Bermud üçbucağını xatırladan hadisələr baş verməkdədir. Şeytan dənizi Yaponiya sahillərində yerləşib və orada da tez-tez maqnit anomaliyaları, qəribə işıq saçan alovlar və naməlum obyektlər, həmçinin müəmmalı şəkildə yoxaçıxmalar qeydə alınıb. Bu ərazi Yaponiyanın dəfələrlə başına oyunlar açıb. Şeytan dənizində baş verənləri öyrənmək və bunun düşmən təxribatının olub-olmamasını yoxlamaq üçün 1952-ci ildə Yaponiya hökuməti oraya "Kayo Maru 5" elmi-tədqiqat gəmisini göndərdi. Gəminin heyəti 31 nəfərdən ibarət idi. Amma gəmi Şeytan dənizinə daxil olan kimi orada yoxa çıxdı. Yaponiyalı mütəxəssislərin gəmi ilə əlaqə saxlamaq cəhdləri isə boşa çıxdı. Bundan sonra Yaponiyanın daha bir neçə gəmisi Şeytan dənizinin yanından keçərkən orada yoxa çıxdı. Bütün bunları nəzərə alan Yaponiya hökuməti Şeytan dənizini təhlükəli ərazi hesab etdiyini bildirərək oraya gəmilərin yaxınlaşmaması barədə xəbərdarlıq işarələri yerləşdirdi.

Biqeloy rançosu

Yer üzərində daha bir təhlükəli və sirli zona ABŞ-ın Yuta ştatının şimal-qərbində yerləşir. Biqeloy rançosu adlanan bu yer 480 akrlıq ərazidə yerləşir. Ərazinin üzərində dəfələrlə naməlum uçan obyektlər (NUO) qeydə alınıb. Bundan əlavə həmin ərazidə qeyri-adi hadisələr də baş verməkdədir. 1994-cü ildə həmin ərazini pulla satın alan Terri və Qven Şermanlar özləri də bilmədən belə demək mümkünsə başlarını bəlaya salmış oldular. Rançoya gəldikləri ilk gün Şermanlar otlaq yerində böyük canavar gördülər. Amma canavar özünü olduqca sakit aparırdı. Şermanlar hətta onu tumarladılar və heyvan bir an özünü adi ev itlərindən biri kimi apardı. Amma bir azdan canavar gözlənilmədən kiçik buzovlardan birini ağzına götürərək ildırım sürəti ilə qaçmağa başladı. Şerman dərhal silahı əlinə alaraq canavara atəş açdı. Ancaq canavara bu güllələr təsir etmirdi. Bunu görən Şerman canavara iri qırmalarla atəş açdı. Yalnız bundan sonra canavar ağzındakı ovla yenə də yaralanma nişanı olmadan yoxa çıxdı. Halbuki Şermanın patronları ayı öldürmək üçün nəzərdə tutulmuşdu və onun sərrast atəşindən sonra hər hansı heyvan yerindəcə can verirdi. Şermanlar sonrakı günlərdə canavarı izləyərək tutmağa çalışsalar da buna nail ola bilmədilər. İzləndiyini hiss edən canavar bir daha fermanın ətrafında görünmədi. Amma bu da son olmadı. Belə ki, rançonun üzərində peyda olan NUO-lar və uçan odlu şarlar bu dəfə Şermanları narahat etməyə başladı. Odlu şarların ferma üzərində dövrə vurması və ona hürən itlərə yaxınlaşması faciəyə səbəb oldu. Odlu şarın yaxınlaşması nəticəsində dəhşətli şəkildə yanan üç çoban iti öldü. Bunun ardınca odlu şarlar heyvanlara da zərər verməyə başladılar. Nəticədə bütün bunlardan bezən Şermanlar 1996-cı ildə rançonu Robert Biqeloy adlı birinə satmağa məcbur oldular. Biqeloy sirli hadisələrin öyrənilməsi üzrə Discovery Science Milli İnstitunun əsasını qoymuşdu və rançonu almaqdan da məqsədi burada baş verənləri öyrənmək və araşdırmaq idi. Biqeloy rançonu alandan sonra orada baş verən sirlərin tədqiqatı və nəicələri barədə bir kəlmə də olsun elmi dairələrə məlumat və ya hesabat verməyib. Necə deyərlər rançoda baş verənlər olduqca gizli saxlanılır. Rançoya yaxınlaşmaq isə ABŞ hökuməti tərəfindən qəti şəkildə qadağan edilib və bu ərazi güclü şəkildə mühafizə edilir.

Miçiqan üçbucağı

Bermud üçbucağında baş verənlərə oxşar hadisələr ABŞ-dakı Miçiqan gölündə də təkrar olunur. Bu baxımdan Miçiqan gölünün ortası ölüm saçır. Miçiqan gölündə müəmmalı yoxaçıxma hadisəsi ilk dəfə1937-ci ildə qeydə alındı. 1937-ci il aprel ayının 28-də"Makfarland" yük gəmisi Pensilvaniya ştatının Eri limanından Viskonsin ştatının Port-Vaşinqton limanına yola düşdü. Gəminin yolu Miçiqan üçbucağından keçirdi. Gəminin kapitanı Corc Donner yorulduğundan idarəetməni köməkçisinə tapşıraraq yatmağa getdi. 3 saatdan sonra köməkçi kapitanı oyatmağa gedəndə onu yerində tapmadı. Dərhal gəmi ekipajı hər yeri ələk-vələk etməyə başladı. Amma kapitanı gördüm deyən olmadı. O vaxt bunun təsadüf olduğunu və kapitanın kim tərəfindənsə öldürülərək dənizə atıldığı ehtimal edildi. Ancaq bunun üçün ortada fakt yox idi. Bundan bir neçə il sonra Miçiqan üçbucağında anoloji hadisə digər gəmidə də baş verdi. Yenə də yoxa çıxan kapitanı tapmaq mümkün olmadı. Ötən əsrin 40-cı illərində isə Miçiqan üzərindən uçan təyyarələrin səssiz-səmirsiz yoxa çıxmaları qeydə alındı. Eyni hadisə gəmilərlə bağlı da baş verdi. Bundan sonra Miçiqan üçbucağınn ortasına yaxınlaşmağa heç bir gəmi cəsarət etmədi. Gəmilər gölün ortasından deyil, onun sahilləri üzrə getməyə daha çox üstünlük verirlər. Miçiqan üçbucağının da sirri açılmamış olaraq qalır.

San-Luis vadisi

ABŞ-ın Kolorado ştatındakı San-Luis vadisində də qeyri-adi hadisələr baş verir. Vadi üzərində mütəmadi olaraq Naməlum Uçan Obyektlər (NUO) qeydə alınır. Bunu görən NUO həvəskarı Cudi Messolini San-Luis-də NUO-ları müşahidə məntəqəsi yaratdı. Nəticədə hər il minlərlə həvəskar NUO-ları müşahidə etmək üçün oraya axışmaqdadır. Təkcə 2000-ci ildə San-Luis üzərində 50 NUO qeydə alınıb. Nə qədər qəribə olsa da NUO-ların San-Luis üzərində peyda olmaları heyvanların yoxa çıxması ilə nəticələnir. 1967-ci ildən bəri San-Luisdə yüzlərlə heyvan yoxa çıxıb. Sonralar onların bəzilərinin skeletlərinə San-Luis ətrafında rast gəlinib. Hələlik San-Luisdə də baş verənlərin səbəblərini müəyyən etmək mümkün olmur.

Benninqton üçbucağı

Daha bir sirli üçbucaq ABŞ-dakı Vermont ştatının cənub-qərbindəki Benninqton adlı ərazidə yerləşir.1945-1950-ci illərdə orada 5 yoxaçıxma hadisəsi qeydə alınıb. 1945-ci il noyabr ayının 12-də 75 yaşlı Middi Rivers ovçularla birlikdə həmin ərazidə ova getdi. Qayıdarkən Rivers müəmmalı şəkildə yoxa çıxdı. Halbuki o bu əraziləri beş barmağı kimi tanıyırdı və onun meşədə azmasından söhbət gedə bilməzdi. 1946-cı il dekabr ayının1-də 18 yaşlı tələbə Pola Veldən Benninqtonda gəzərkən sirli şəkildə yox oldu. 1949-cu il dekabr ayının 1-də Ceyms Tetford avtobusla evə qayıdırdı. Onu qohumları avtobusa mindirdilər. Avtobus heç yerdə dayanmadan mənzil başına getdi. Avtobusdan düşəndə Tetford yoxa çıxmışdı. 1950-ci il oktyabr ayının 12-də 8 yaşlı Pol Cepson, 1950-ci oktyabr ayının 28-də isə Langer soyadlı azyaşlı oğlan uşağı bu ərazidə yoxa çıxdı. Hələlik bu müəmmalı yoxaçıxmaların sirrini açmaq mümkün olmayıb.

Əziz Mustafa

Oxundu 2278