Ermənistan Prezidenti etirazçılarla Azərbaycan rəqsini oynadı - VİDEO

Lirənin dəyərdən düşməsi Azərbaycana nə vəd edir? - ANALİZ

"Azərbaycan vətəndaşlarının orta ömür müddəti aşağı düşə bilər" - SƏBƏB

çərşənbə, 23 may 2018
TR EN RU

Menu

çərşənbə, 23 may 2018
EN TR RU

QARA QUTU

Qondarma erməni soyqırımı: əsassiz iddialar və ermənilərin ifşa olunması (2)

24.04.2017 12:49

Yazının əvvəli bu linkdə: http://www.yeniavaz.com/NewsContent/ZNewsContent/42030/qondarma-erm%C9%99ni-soyq%C4%B1r%C4%B1m%C4%B1--%C9%99sassiz-iddialar-v%C9%99-erm%C9%99nil%C9%99rin-if%C5%9Fa-olunmas%C4%B1-(1)

Mark L.Bristol Qafqazda türklər tərəfindən minlərlə erməninin öldürülməsinə dair məlumatların ABŞ-da yayılmasına da münasibət bildirərək yazırdı ki, ermənilər qanın töküldüyünü deyirlər. Lakin Yaxın Şərqə Yardım təşkilatı və Amerikadakı şəxslər ermənilər haqqında məlumatların tamamilə yalan olduğunu deyirlər. Ali komissar qeyd edirdi ki, bu qədər saxta məlumatların təkzib edilmədən ABŞ-da yayılması qanunun kobud şəkildə pozulmasıdır və ermənilərin özlərinə faydadan çox ziyan gətirir. Ali komissarın fikrincə, amerikalılar erməniləri bütün bunlardan əl çəkməyə sövq etməli idilər, yalnız ona görə yox ki, bunlar doğru deyildilər, həm də ona görə ki, bununla onlar özlərini yaralayırlar.

Ali komissar İstanbuldan ABŞ nümayəndəsi doktor Makkeynin Vaşinqtona göndərdiyi məlumatlardan heyrətləndiyini yazırdı. O, Makkeynin göndərdiyi məruzəyə diqqət edərkən onun ermənilər tərəfindən göndərilən məlumatlardan ibarət olduğunun şahidi olmuşdu. Lakin Makkeynin Vaşinqtona göndərdiyi teleqramda məruzənin ermənilərə məxsus olduğu qeyd edilməmiş, ermənilərə məxsus olan məlumatlar amerikan məlumatı kimi verilmişdi.

Ali Komissar yazırdı ki, həm ermənilər, həm də biz şişirdilmiş məlumatlar verməklə ermənilər üçün ən pis iş görürük. O, sual edirdi: bütün münasibətlərdə ermənilər haqqında həqiqəti nəyə görə deməyək? Gəlin qalxaq və sadəcə deyək: ermənilər kimdir və nəyə görə onlara rəğbət bəsləyirik və nəyə görə onlar üçün bütün mümkün olanları edirik, bu, həmin insanların gələcəyinə yaraşır. Ali komissar yazırdı ki, mən inanıram, bizdə insanların çoxu inanır ki, ermənilər öz fəaliyyətlərində və düşüncələrində xristianlardır və özlərini idarə etməyə qadirdirlər. Lakin ali komissar "ədalətə cinayət yolu ilə nail olmağa inana bilmədiyini" yazırdı. Onun fikrincə, amerikalılar ermənilərin yaydıqları bu saxta məlumatları rədd etmədikcə və qalxıb erməni məsələsi haqqında həqiqətləri demədikcə, onlar da bu saxta məlumatların yayılmasının iştirakçısı olurlar.

Ali komissar yazırdı ki, mən tənqidçi olmaq istəmirəm. Biz də canlı adamlarıq. Ermənilərin əzablarından danışarkən insani instinktlərimiz bizdə amerikan ideyası olan "ədalətli oyun" ideyasını qaldırır və biz erməni xalqının zəifliyini unuduruq, hətta onu gizlətməyə çalışırıq, təki onları türk zülmündən xilas edək. Ali komissar Ermənistana istiqrazlar ayrılmasının əleyhinə idi. O mövcud şəraitdə ermənilərə hər hansı bir kreditin ayrılmasını səhv hesab edir, ABŞ-ın müstəqil vahid kimi Ermənistanın yaradılması və onun xarici təcavüzdən qorunması üçün dəstə və vəsait ayırmayınca, amerikan nəzarəti altında Ermənistana hər hansı maddi yardıma inanmırdı. Yazırdı ki, biz artıq Ermənistan 50 milyondan yuxarı vəsait vermişik və bu pullar ortada yoxdur. Ona görə də ali komissar mövcud şəraitdə yeni vəsaitin ayrılmasını əleyhinə çıxırdı. Yazırdı ki, daha bir ssuda küləyə atılmış vəsait olacaqdır.

Ali komissar ermənilər içərisində güclü bolşevik meyllərinin olduğuna diqqəti cəlb edərək vurğulayırdı ki, ordu zabitləri qəlbən bolşevikdir. O, "mən yazmışdım ki, Ermənistan bolşevikləşdiriləcəkdir, bu yalnız zaman söhbətidir. Ermənistan bolşevik oldu, Rusiya təbliğatına baxmayaraq, onu heç kim buna məcbur etmirdi. Ermənistan bolşevik liderləri bir partiyanın, daşnaklar digər, milli demokratlar isə tamam başqa bir partiyanın üzvləridir. Mənə qaldıqda bu müxtəlif partiyaların liderləri arasında heç bir ciddi fərq görmürəm. Daşnaklar hakimiyyətdə olarkən onlar kürdlərin, türklərin və azərbaycanlıların üzərinə hücum etmək üçün dünyada nə varsa onu etdilər; müsəlmanlar üzərində zorakılıq etdilər; Qafqaz Ermənistanı əhalisinin xeyli hissəsini təşkil edən molokanların üçün nümayəndəliyə heç bir şərait yaratmadılar; müsəlmanları öldürdülər və onların evlərini dağıtdılar; nəhayət, türklərin üzərinə hücuma keçdilər. Bu da sonuncular tərəfindən cavab hərəkətlərinə gətirdi. Və o zaman ermənilər hər şeyi atdılar və qaçdılar, hətta öz arvadlarını və uşaqlarını qorumaq üçün dayanmadılar" - yazırdı..

Ali komissar ermənilərin Karsda törətdikləri hərəkətlərə də diqqəti cəlb edirdi. Yazırdı ki, onların Karsdakı hərəkətləri amerikalılarda tamamilə nifrət yaratdı. Son iki əl ərzində Qafqazda ermənilər özlərini idarə edə bilmədiklərini, xüsusən hakimiyyətləri altında olan milli azlıqları idarə etmək və onlarla keçinmədiklərini qəti şəkildə göstərdilər. Ali komissar yazırdı ki, İstanbulda olduğum iki il müddətində Qafqazda olmuş çoxlu amerikalı ilə görüşdüm, onların arasında ermənilərin özlərini idarə etməyə qadir olduqlarını təsdiq edən bir nəfər tapmadım. Ermənilərlə işləyən amerikalıların çoxu onlara nifrət edərək, iyrənərək oradan gəlmişlər. Ali komissar yazırdı ki, mən ermənilərə nifrət etmirəm, lakin əhalisinin 25%-dən azının ermənilər olduğu Ermənistanda müstəqil dövlət yaradılması ideyasına inanmıram. Əlavə edirdi ki, ermənilər özlərini idarə edə bilmirlər və onların heç bir zaman digər xalqları da idarə etməsinə yol vermək olmaz, və şübhəsiz, hər hansı bir xalq əgər ermənilərin hakimiyyəti altında olacaqsa, onlar erməni zülmünə və zorakılığına məruz qalacaqlar.

Ali komissar o vaxtadək ABŞ-ın bu məsələyə münasibətdə yürütdüyü siyasəti doğru hesab etmir, Ermənistan üzərində Amerika mandatı qurulmayınca maddi yardımın ayrılmasını pulların itirilməsi sayaraq misal gətirirdi: iki il ərzində biz işsiz ermənilər üçün ictimai işlərə pul ayırdıq və un almaq üçün 50 milyon dollar verdik. Bu nəhəng vəsaitdən nə çıxdı? Nankorluqdan başqa heç nə. Mürəkkəb vəziyyət yaranan kimi, Ermənistanda olan ən böyük dostlardan biri, hansı ki, ona ən fəal yardım edilmişdi, şəxsi mühafizəsi üçün Türkiyəyə müraciət etməyə məcbur oldu. Belə bir fakt yaxşı məlumdur ki, ermənilərə yardım haqqında proqramın lap başlanğıcından erməni hökumətinə aclıq çəkənlərə yardım üçün verdiyimiz un və ərzaq yüksən rəsmi adamlar tərəfindən mənimsənildi və şəxsi rifahları üçün satıldı. Ermənistan bolşeviklər tərəfinə keçdikdə isə borclarını ödəməkdən imtina etdi. Bu borclardan birini, unun dəyərində biz onlara söz verdikləri üçün verdik, lakin onlarda heç bir öhdəlik yoxdur. Bizim hissələrimiz və xalqa inam əsasında verdiyimiz istiqraz sonda bizim özümüzə qarşı yönəldi.

Ali komissar qeyd edirdi ki, siz məndən çox Avropa dövlətlərinə inanırsınız. İndiyədək Avropa ölkələri dünyanın bu hissəsində heç bir milləti qorumayıblar. Onlar öz maraqlarını güdüblər. Əgər ABŞ Ermənistanın sərhədlərini qorumaq üçün təminata girsə, onda bu, ABŞ-ın Avropanın qalmaqallı işlərinə qarışması üçün ən yaxşı üsul olar. M.Bristol bildirirdi ki, Sevr müqaviləsi heç kim tərəfindən təsdiq edilmədiyi üçün müstəqil siyasi vahid kimi Ermənistan da mövcud olmamışdır. Ermənistanın sərhədləri bu müqavilənin təsdiqindən asılı idi. Bu müqavilə isə həyata keçmədi. Həmin sərhədlərin müəyyənləşdirilməsi türk millətçilərinin Ermənistan üzərinə hücumuna gətirdi. Ermənistan yenə də ən xoş xəyallardan əziyyət çəkdi. Ali komissar yazırdı: "Siz görəcəksiniz, sonda Avropa dövlətləri ermənilər üçün heç bir şey etməyəcəklər". Onun fikrincə, ABŞ Avropa dövlətləri ilə sövdələşməyə deyil, Yaxın Şərqin bütün xalqlarının xeyrinə olan siyasi xətt ilə çıxış etməli idi. Daha sonra qeyd edirdi ki, əgər biz bu siyasəti iki əvvəl qəbul edib həyata keçirsəydik, onda çox şeyə nail olardıq. Ali komissar bunun hələ gec olmadığına inanırdı.

ABŞ ali komissarının fikrincə, Yaxın Şərq çirkab quyusu idi. Bu quyu azad edilməli və təmizlənməli idi. Bu ərazinin müəyyən bir hissəsində Ermənistanın yaradılması və yunanların məskunlaşdırılması ideyası Yeni Türkiyənin yaradılması ilə bir çirkab quyusunun əvəzində üç yeni çirkab quyusunun yaradılması demək olardı. Ali komissar Yaxın Şərqə dair baş xətti qəbul edib ona uyğun hərəkət etməyi tövsiyə edirdi. Onun fikrincə, əgər ABŞ Osmanlı imperiyasının hər hansı bir hissəsində Ermənistanın müstəqilliyi üçün məsuliyyət götürərdisə, onda amerikalılar öz hərəkətlərinə heç bir zaman bəraət qazandıra bilməzdilər. Ali komissar qeyd edirdi: "Çünki belə prosedura qanuna və ədalətə əsaslanmır".

Ali komissar İngiltərənin baş naziri Lloyd Corcun "Mustafa Kamal qiyam qaldırıb və qiyamçıdır" fikirləri ilə razılaşmayaraq göstərirdi ki, ola bilsin, o, ciddi və məhdud mənada qiyamçıdır, lakin məhz müttəfiqlərin fəaliyyəti türkləri qiyama qaldırdı. O yazırdı ki, mən türklərin hərəkətlərinə bəraət qazandırmıram, lakin əgər siz türkləri öyrənərək onları öz nəzarətinizdə saxlamaq istəyirsinizsə, onda onları hiddətləndirməyin, qəzəbləndirməyin, səhnədəki vəhşi buğa kimi qızdırmayın.

Nəzərdən qaçırmayaq ki, bu fikirlər yazılarkən Türkiyə ərazilərinin bir hissəsi və İstanbul işğal altında idi, türk xalqı Antanta ölkələrinə qarşı Mustafa Kamal paşanın rəhbərliyi altında istiqlal müharibəsini aparırdı. Mark Lambert Bristol isə müttəfiqlərin İstanbulda oturan ali komissarı idi.

Bir sözlə həmin dövrün canlı şahidi olan Mark Lambert Bristolun yazdıqları bir daha qondarma erməni soyqırımının olduğu barədəki erməni iddialarıını alt-üst edir. Bristolu türklərə rəğbətdə, onları müdafiə etməkdə heç cür günahlnadırmaq mümkün deyil. Çünki ona əsl həqiqətin öyrənilməsi, araşdırılması tapşırılmışdı və o vicdanının səsinə qulaq asaraq öz işinin öhdəsindnə gəlmişdi. O həmin dövrdə Qərbdə mövcud olan və indi də davam etməkdə olan xristian təəsübkeşliyini önə çıxarmamış, bu əsasda da işini qurmamışdı. Onun böyüklüyü də məhz bu insani, bəşəri keyfiyyətlərində idi. Bir sözlə Lambert vicdanının hökmünə qulaq asaraq qondarma erməni soyqırımının olmadığını və bunu ermənilərin nağılları, uydurmaları olduğunu, onların saxtakarlıqlarını, eyni zamanda Qərbin ermənilərdən istifadə edərək Osmanlıya qarşı təzyiq vasitəsi kimi istifadə etməsini ifşa etdi O bununla da əsl həqiqətləri ortaya qoymuş oldu. Çox təəssüflər olsun ki, bu gün erməni pulu ilə hərəkət edən, erməni lobbisinin muzdlu nökərlərinə çevrilən Amerikadakı bəzi "konqresmenlər"də Lambertdə olan vicdan, tarixi həqiqətlərin etiraf edilməsi kimi insani hisslər çatışmır. Əgər onlar heç olmasa bir dəfə də olsun tarixi oxusaydılar, başqasını demirəm, elə öz həmkarlarıi soydaşları olan Lambertin yazdıqlarını oxusaydılar, bəlkədə öz şəxsiyyətlərini vicdanlarını nə qədər böyük dərəcədə erməni puluna satdıqlarını və onarın muzdlu nökərlərinə çevrildiklərini anlayardılar...

Yazımızı yenə də Bristolun uzaqgörənliklə yazdığı və günümüz üçün də olduqca ibrətamiz və vacib olaraq qalmaqda davam edən olan bu sözləri ilə bitirmək istəyirik: "Siz görəcəksiniz, sonda Avropa dövlətləri ermənilər üçün heç bir şey etməyəcəklər".

Əziz Mustafa

Oxundu 806