abs-jurnalistin-qetlinde-sahzade-mehemmedden-subhelenir

ABŞ jurnalistin qətlində şahzadə Məhəmməddən şübhələnir

azerbaycanda-psixi-xestelerin-sayi-artib-statistika

Azərbaycanda psixi xəstələrin sayı ARTIB - STATİSTİKA

kocaryan-partiya-qurur-ve-muxalifete-kecir

Koçaryan partiya qurur və müxalifətə keçir

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

QARA QUTU

Qondarma erməni soyqırımı: əsassiz iddialar və ermənilərin ifşa olunması (1)

22.04.2017 19:23

Hər il olduğu kimi bu il də dünya erməniləri və onları dəstəkləyənlər aprelin 24-də tarixdə olmayan və erməni yalanları əsasında gündəmə gətirilən qondarma soyqırımını qeyd etməyə hazırlaşırlar. Bu məqsədlə Qərbdəki, o cümlədən Fransa və ABŞ-dakı erməni lobbisi öz hökumətlərinə müraciət edərək qondarma soyqırımının tanınması üçün müxtəlif cəhdlərə baş vururlar. Bunu 24 aprel ərəfəsində ABŞ-dan olan və erməni lobbisi tərəfindən pulla ələ alındığı ehtimal edilən ermənipərəst konqresmənlərin preizdent Donald Trampa qondarma soyqırımının tanınması barədə etdikləri müraciəti də sübut edir. Amma Trampın bu məsələyə ciddi reaksiya verməməsi onun 24 aprel müraciətində qondarma soyqırımı ifadəsini işlətməyəcəyi barədəki ehtimalları gücləndirib. Qeyd edək ki, Trampdan əvvəlki prezidentlərin heç biri də qondarma soyqırımı ifadəsini işlətməyib. Bu baxımdan prezident Donald Trampın da aprelin 24-də edəcəyi müraciətində qondarma soyqırımı ifadəsini işlədəcəyi inandırıcı görünmür

Saxta erməni soyqırımı

Məsələnin bu tərəfinə diqqəti cəlb edən tanınmış türk tarixçisi Kemal Karpat "erməni məsələsı"nin 19-cu yüzilliyin 70-ci illərində ortaya çıxdığını xatırladıb. Kemal Karpatın sözlərinə görə, 1877-1878-ci illərdə rus orduları Osmanlı torpaqları olan bu günkü Bolqarıstana daxil olarkən orada xristian bolqarlardan ibarət dövlət qurulması gündəmə gəldi. Lakin həmin ərazilərdə xrisitan bolqarların müsəlman əhalidən az olması nəticəsində bu niyyəti həyata keçirmək üçün türklərin Anadoluya köçürülməsi, bir hissəsinin isə məhv edilməsi qərara alındı. Nəticədə 300 min nəfərdən çox türk qətlə yetirildi, 1 milyondan yuxarı müsəlmanı isə yurd-yuvasından zorla qovuldu.

Kemal Karpat yazır: "1878-ci ilin iyun ayında Berlində böyük bir konqres toplandı. O konqresdə Bolqarıstana muxtariyyət verilməsi barədə qərar qəbul edildi. Bundan əlavə konqres Osmanlı torpaqlarındakı Serbiya, Rumıniya və Qaradağa müstəqillik verdi. Berlin konfransında Batum və Qars, həmçinin Ərdahan Rusiyaya verildi. Bu, Osmanlı üçün dağılma dövrünün başlaması demək idi. Belə bir vəziyyətdə erməni millətçiləri də bolqarlar kimi müstəqil və ya muxtar bir ölkə qurmağın mümkün olduğunu gördülər. Berlin konqresindən az sonra onlar Avropaya müraciət etdilər. Müraciəti qələmə alan erməni kilsəsinin lideri yazırdı: "Anadoluda 2,5 milyon nəfər erməni vardır, onlar da müstəqillik istəyir, onlara da müstəqillik verin və müstəqil bir Ermənistan qurulsun. Berlin konfransında ermənilərin yaşadıqları Şərqi Anadolu bölgəsində islahatlar keçirilməsi barədə qərar qəbul edildi. Bu islahatlara nəzarət etmək üzrə məsuliyyət İngiltərənin üzərinə qoyuldu. Bir məsələni də deyim, ermənilər yaşayan ərazilərdə islahatlar keçirmək təşəbbüsü İngiltərədən gəlmişdi. Erməni probleminin əsası məhz Berlin konqresində qoyuldu. "

Beləliklə Berlin konqresindən əvvəl müsəlmanlarla çox yaxşı davranan ermənilər birdən-birə siyasi bir problemə çevrildilər. O günə qədər sadəcə olaraq, mədəni, sosial və iqtisadi bir məsələ olan ermənilər Berlin konqresindən sonra siyasiləşdilər. Erməni probleminin əsası məhz Berlin konqresində qoyuldu.

Qeyd edək ki, Osmanlıda yaşayan, müsəlman olmayan əhali üçün mədəni və iqtisadi avtonomiya həmişə mövcud olub. Onlar öz məktəblərini açır, öz dillərində təhsil alır, öz kilsələrində sərbəst şəkildə ibadət edir və kilsə rəhbərini seçirdilər. Kilsə rəhbəri də həmin topluma rəhbərlik edirdi. Hökumət onların daxili işlərinə qarışmırdı. Yəni, bu, onlar üçün bir avtonomiya idi. Amma indi qeyri-müsəlman əhali idarəedən avtonomiya tələb edirdi. Onlar daha çox erməni yaşayan ərazilərə, erməni və ya heç olmasa erməni tərəfdarı olan bir vali təyin edilməsini istəyirdilər. İslahatlardan da məqsəd bu idi.

Berlin konqresi Bolqarıstana avtonomiya verdi. Bolqarıstan da bundan 30 il sonra müstəqilliyini elan etdi. Çünki avtonomiya siyasi müstəqilliyə gedən yolun ilk addımı idi. Bunun başqa bir tərifi də yoxdur. İngilislərin həmin dövrdə ermənilərə münasibətdə həyata keçirdikləri islahatların arxasında da bu dayanırdı.

Təbii ki, hər hansı bir millətin muxtariyyət əldə etməsi üçün əhalinin sayı önəmli rol oynayır. Ona görə də İngiltərə dərhal erməni əhalisinin sayını müəyyən etməyə başladı. Ancaq bu arada İngiltərədə hökumət dəyişikliyi baş verdi. 1880-ci il seçkilərində yəhudi əsilli və Osmanlı dostu olan Bencamin Dizraeli uduzdu. Onun yerinə protestant və İngiltərədə islamı sevməyənlərin önündə gələn Qladstone keçdi. Onun ilk işi Osmanlıdakı səfir Goschene təlimat vermək oldu: "Dərhal Şərq bölgəsində islahatlara başlayın". Amma təbii ki, bu asan deyildi. Çünki Osmanlı dövləti səfirin qərəzli olduğunu, hökumət əleyhinə iş görəcəyini bilərək buna imkan vermirdi. Məsələ ilə bağlı gərginlik o yerə gəlib çatdı ki, 1881-1882-ci illərdə İngiltərə Osmanlının Adriatik dənizinin sahillərinə hərbi gəmilərini göndərdi.

Amma həmin dövrdə Anadoluda ermənlərin kompakt halda yaşadıqları ərazilərdə onların sayı az olduğundan erməni patrikləri siyahıyaalma zamanı saxtakarlığa əl atmış,bu yolla əhalinin sayının 2,5 milyon nəfər olduğunu göstərərək Qərbi aldada bilmşdilər.

Osmanlıdakı İngiltərə səfiri Goschen də ermənilərin sayının çox göstərilməsindən şübhələnmişdi. Ona görə də o, şərqdəki ingilis konsulluqlarına təlimat vermişdi ki, Anadoluda 2,5 milyon nəfər erməni yaşaması məsələsini araşdırsınlar. Onlar da araşdırdılar və ona bir hesabat göndərdilər. Hesabatda ermənilərin sayı 1,4 milyon göstərildi. Goschen də bundan şübhəyə düşdü. Bəs 1 milyon erməni hara oldu? Səfir bunu Türkiyədəki erməni patrikliyindən soruşdu. Erməni patrikliyi də ona yazılı şəkildə cavab verdi ki, biz ermənilərin sayını çox göstərmək üçün onları iki dəfə saymışıq. Məsələn, Sivas vilayətində siyahıya aldığımız ermənilərin sayını Ərzurumda siyahıya aldığımız ermənilərin siyahısına əlavə etmişik. Üstəlik, biz köçəri türk-müsəlmanları saymadıq. Yalnız oturaq həyat keçirən müsəlmanları siyahıya aldıq".

Kemal Karpatın araşdırmaları zamanı tarixi sənədlər əsasında Sultan Abdulhəmid dövründə ermənilərin kompakt halda yaşadıqları 6 vilayətdə siyahıyaalma keçirildiyi və orada ermənilərin sayının 1,2 milyon nəfər olduğu məlum olub. Bu da ingilislərin siyahıyaalması ilə demək olar ki, üst-üstə düşür. Ona görə də ermənilərin iddia etdiyi kimi 1915-ci ildə həyata keçirilən köçürülmələr zamanı 1,5 milyon nəfər ermənin öldürülməsi barədə iddialar külünc təsir bağışlayır və hər hansı faktlara söykənmir.

1915-ci ildə Şərqi Anadolunun rusların işğalı altında olduğunu xatırladan Karpat həmin dövrdə 1 milyon erməninin rus ordusu ilə birlikdə bölgəni tərk etdiyini deyir. Kemal Karpat:

"Rusiyanın mənbələrinə baxsaq, əvvəllər Yerevanda 40-50 min nəfər erməni olduğu göstərilir. 1927-ci ildə keçirilən siyahıyaalmada isə ermənilərin sayı 1 milyondan yuxarı göstərilib. Onların hamısı Anadoludan köç edən ermənilərdir. 1915-ci il köçürülməsi zamanı aclıq xəstəlik, həmçinin kürdlər tərəfindən edilən hücumlar nəticəsində ölən ermənilərin sayı 130-150 min nəfərdən yuxarı deyil. Amma Anadoludan ermənilərin hamısı köç etmədi. 100-200 min erməni Anadoluda qaldı. Onların bir qismi müsəlmanlığı qəbul etdi. İstanbuldan da ermənilər heç yerə köçüb getmədilər".

Nəhayət köçürülən ermənilərin bir qismi Suriya və Livanda yerləşdi. Hazırda hər iki ölkədə yaşayan ermənilər Anadoludan köçürülənlərin varisləridir.

Bununla belə II dünya müharibəsindən sonra Qərblə SSRİ arasında soyuq müharibənin başlaması, bu müstəvidə qondarma erməni soyqırımının gündəmə gətirilməsinə yol açdı. Məqsəd isə bu yolla Türkiyəyə təzyiqlər göstərmək, onun inkişaf edərək güclü və qüdrətli dövlətə çevrilməsinə imkan verməmək idi. Bu baxımdan Qərbin özündə SSRİ-nin körüklədiyi qondarma erməni soyqırımının dəstəkləyən ölkələr tapıldı. Bu məsələdə erməni lobbisi xüsusi canfəşanlıq göstərməyə başladı. SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən ələ alınan erməni lobbisi bu məsələyə Qərbin aparıcı dövlətlərini diqqətini cəlb etmyəi bacardılar. Necə deyərlər ötən əsrin 60-70-ci illərində SSRİ-nin agentləri qismində çıxış edən erməni lobbisi tərəfindən Qərbdə qondarma erməni soyqırımı ətrafında ajiotaj qaldırıldı. Nəticədə bəzi Qərb ölkələrində antitürk ovqatı hakim olmağa başladı. Halbuki tarixdə erməni soyqırımının olmadığı və bunun uydurma faktlara söykəndiyi Qərbin nəinki vicdanlı tarixçilərinə, həm də siyasi dairələrinə çox yaxşı məlum idi.

Mark Lambert Bristol erməni soyqırımını ifşa edir

Tarixdə hər hansı erməni soyqırımının olmadığını 1915-ci ildə erməni qətliamının baş vermədiyini ABŞ-ın o dövrdəki İstanbuldakı ali komissarı Mark Lambert Bristolun "ermən məsələsi" ilə bağlı araşdırmaları da sübut etməkdədir.

"Erməni məsələsi"ni öyrənmək üçün ABŞ hərbi-dəniz donanmasının kontr-admiralı, ABŞ ali komissarı Mark Lambert Bristol 1921-ci ildə Misir, Fələstin, Suriya və Kilikiyaya səfərə çıxdı. Səfər 1 aydan çox davam etdi. O, səfər zamanı görkəmli misirli xadimlərlə, və yəhudilərin nümayəndələri ilə görüşdü. Səfərinin yekunları barədə 1921-ci il martın 28-də ABŞ senatının xarici missiyalar üçün xüsusi səlahiyyətli şurasına, doktor Ceyms L. Bartona bir məktub göndərdi. O, Kilikiyadan ermənilərin Fransa tərəfindən çıxarılmasını doğru hesab etmirdi. Yazırdı ki, ermənilərin ciddi səhvlərindən biri türklər hakimiyyətə gəldikdən sonra onların hay-küyə düşmələri və Kilikiyadan kütləvi şəkildə getmələridir. Onun fikrincə, ermənilər üçün orada qalmaq yaxşı olardı və türklər onlara həqiqi haqlarını verməyə məcbur olardılar. Ermənilər qalsaydılar, türklərə təsir etmək də olardı və ermənilər getməyə başladıqda, bu türkləri təkcə qorxudan deyil, həmçinin ölkədən sürgün etmək istəyindən onlara hücuma vadar edərdi, lakin əgər ermənilər Kilikiyada qalsaydılar, Avropa və Amerika türklərə ən kiçicik mənəvi təsir etsəydi, türklərə qarşı ötən ildə fəal çıxış etməyən ermənilər üçün yaxşı olardı.

Əziz Mustafa

Ardı var...

Oxundu 1320