jurnalistin-qetline-gore-mancester-yunaytedi-kral-ailesine-satmadilar

Jurnalistin qətlinə görə "Mançester Yunayted"i kral ailəsinə satmadılar

kupcasi-olmayan-evlerle-bagli-nazirlikden-aciqlama

"Kupça"sı olmayan evlərlə bağlı NAZİRLİKDƏN AÇIQLAMA

bakinin-esas-magistrallarinda-suret-heddi-endirilib

Bakının əsas magistrallarında sürət həddi endirilib

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

QARA QUTU

Dünyada həyat üçün təhlükəli yerlər - FOTOLAR

15.04.2017 17:27

Əgər istənilən adamdan soruşsanız ki, yaşamaq üçün ən təhlükəli yerlər hansıdır, o tərəddüd etmədən cinayətkarların çox olduğu şəhərlərin və ya ölkələrin adlarını deyəcək. Bununla belə Yer kürəsində elə yerlər var ki, orada yaşamaq kifayət qədər təhlükəli hesab edilir. Belə yerlərdən biri Venesueladakı Marakaybo gölüdür. Marakoyba gölü dünyada ildırımların ən çox çaxdığı yerlərdən biri hesab edilir. Marakoyba gölü ətrafındakı hər kvadrat kilometr ərazü üzərində ildə 250 dəfə ildırım çaxır. Bəzi illərdə isə Marakoyba gölü ətrafında bir dəqiqədə 28 dəfə ildırım çaxması qeydə alınır. Göl ətrafında ildırımların çaxmasını 250 mil uzaqlıqdan müşahidə etmək mümkündür. Hələlik ekspetlər Marakoyba gölü ətrafında ildırımın bu qədər intensiv olmasının səbəblərini izah eməkdə çətinilk çəkirlər. Bəzi ekspertlər göl olan ərazidə ildırımların fəallığını bölgədə uranın çoxluğu, digərləri isə güclü küləklərlə izah edirlər. Lakin bu deyilənləri sübut edə bilmək üçün ekspertlərin əlində hər hansı fakt, dəlil, sübut yoxdur. Qeyd edək ki, ildırımların intensivliyi səbəbindən Marakoyba gölü ətrafına səyahət etmək istənilən insan üçün təhlükəli hesab edilir. Çünki hər an insan ildırım vurmasının qurbanına çevrilə bilər.

Oymyakon - dünyanın ən soyuq yeri

Dünyanın elə yerləri var ki, orada ekstremal hava şəraiti hökm sürür və insan da daxil olmaqla bütün canlıların orada yaşaması həyati baxımdan böyük risq tələb edir. Belə yerlərdən biri də Yakutiya-Saxa Respublikasındakı Oymyakon kəndidir. Qışda Oymyakonda şaxta mənfi 50 dərəcəyə çatır. Əgər insan belə şaxtada kifayət qədər isti paltar geyinməyərək küçəyə çıxsa, onda o bir neçə dəqiqə ərzində donaraq həyatını itirəcək. Mənfi 50 dərəcə şaxtada təbii ki, maşınlar da hərəkət edə bilmir. Belə dəhşətli soyuğa isə çox az-az adam dözə bilir. Buna baxmayaraq belə dondurucu şaxtada həyatını risq edərək yaşayanlar var. Adətən Oymyakonda yaşayanlardan soruşanda ki, belə şaxtaya necə dözürsünüz, onlar soyuğa qarşı spirtdən istifadə etdiklərini söyləyirlər. Yerli əhali yemək kimi isə üzərinə spirt əlavə edilən çiy ət və balıqdan istifadə edirlər.

Honduras - dünyanın ölüm paytaxtı

Adətən miqrantlardan danışarkən ilk növbədə Meksikadan qaçaraq ABŞ-da özünə sığınacaq axtaran insanlar yada düşür. Amma elə ölkələr var ki, insanlar oradan kütləvi şəkildə qaçaraq digər yerlərdə yaşamağa çalışırlar. Belə ölkələrdən biri də Hondurasdır. Hondurasdan insanların qaçmasına səbəb isə bu ölkədə cinayətkarlığını olduqca yüksək səviyyədə olmasıdır. Hondurasda demək olar hər gün müharibədə olduğu kimi onlarla adam cinayətkar qruplaşmaların qurbanı olur. Ölkədə həddindən artıq çoxlu sayda bandit qruplaşmaları var. Bundan sığortalana bilmək üçün varlı adamlar xüsusi qəsrlər inşa etdirərək onun müdafiəsini silahlı dəstələrə tapşırırlar. Ancaq kasıb təbəqəyə məxsus insanlar istənilən an bandit qruplaşmalarından hansının isə qurbanı olmaq qorxusu altında yaşayırlar. Bunu nəzərə alan əhalinin, xüsusi ilə gənclərin əksər hissəsi heç nədən qurbana çevrilməmək üçün bandit qruplaşmalarına qoşulmağa məcbur olur. Bu amil isə ölkədəki kriminal vəziyyətin nəzarət altına alınmasına imkan vermir. Hondurasın hökumət orqanları hər il cinayətkarlığa qarşı mübarizə çərçivəsində onlarla adamı həbs edirlər. Lakin cinayətkarların kökünün kəsilməsi üçün hökumətin maliyyə imkanları yetərli deyi. Buna görə də hər 10 cinayətdən yalnız birinin üstünü açmaq olur. Nəticədə Hondurasda cinayətkarlığın köklərini kəsmək olmur.

İlanlar adası

Braziliyadakı Keymada-Qrandi adası turistlər üçün ən təhlükəli yer hesab edilir. Belə ki, adada sözün əsl mənasında zəhərli ilanlar qaynaşır. Onların arasında dünyada ən zəhərli ilan hesab edilən botropslar da var. Botropsun hər hansı canlını dişləməsi onun bir saat ərzində ölməsi üçün yetərli hesab edilir. Vaxtı ilə yerli braziliyalılardan bir nəfər ailəsi ilə birlikdə adada yaşamağa cəsarət etmişdi. Bu məqsədlə onlar adada betondan ev inşa etmişdilər. Lakin hansı yollarlasa evə daxil olmağı bacaran ilanlar bir ailəni məhv etmişdilər. Adada qədimlərdən bir mayak var. Mayak avtomatik vəziyyətdə işləyir. İldə bir dəfə mayakı yoxlamağa gedən hərbi dənizçilər özlərinin təhlükəsizliklərini təmin etmək üçün odpüskürən silahdan istifadə etməyə məcbur olurlar. Ada turistlər üçün ekzotik baxımdan nə qədər cəlbedici olsa da, onlara həyatlarını risqə atmamaq üçün oraya getməyə icazə vermirlər.

Əziz Mustafa

Oxundu 1547