cnn-15-nefer-musiqiye-qulaq-asaraq-qasiqcinin-cesedini-parcalayib

CNN: 15 nəfər musiqiyə qulaq asaraq Qaşıqçının cəsədini parçalayıb

badamdarda-catlar-derinlesir-11-villanin-sahibine-kocmek-ucun-vaxt-verildi

Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi

dovlet-neft-fondu-gelir-ve-xercleri-aciqlandi

Dövlət Neft Fondu gəlir və xərcləri AÇIQLANDI

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

ANALİZ

Ermənistan "Verba" və "İqla" ilə təhlükəsizliyini təmin edə bilməyəcək

13.04.2017 17:18

Ötən ilin aprel döyüşlərindən sonra ağır itkilər verən Ermənistan bu günə kimi məğlubiyyət xofundan xilas ola bilməyib. Hər halda Ermənistan siyasilərinin, hərbçilərinin və ölkəni idarə edənlərin tez-tez ötən iln aprel döyüşlərini xatırlaması və bununla bağlı ordunun möhkəmləndirilməsi üçün xaricdən müasir hərbi texnika alınması barədə müvafiq bəyanatlar səsləndirməsi də bunu təsidq etməkdədir. Bu çərçivədə də Ermənistan hava hücumundan müdafiə sistemləri komandanının müavini polkovnik Artur Poqosyanın "Havzinyor" qəzetinə verdiyi müsahibəsində Ermənistan ordusunun müasir silahlarla silahlanması ilə bağlı "Verba" zenit-raket kompleksləri aldığını bəyan etməsini də aprel döyüşlərinin xofunun davam etməkdə olması kimi dəyərləndirmək olar. Polkovnikin iddiasına görə, hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün Ermənistan tərəfindən kifayət qədər böyük həcmdə "Verba" və "İqla" zenit-raket kompleksləri alınıb. Poqosyan "Verba" və "İqla" vasitəsi ilə Azərbaycandan gələn təhlükəyə qarşı özlərini sığortaladıqlarını iddia edib. Bəs ermənilərin "Verba" və "İqla" ilə özlərinin təhlükəsizliklərini qoruya biləcəklərinə inanmaları və işğal altındakı torpaqları əllərində saxlaya biləcəklərinə ümid etmələri hansısa reallığa söykənirmi? Məsələilə bağlı "Yeniavaz.com" açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leyetnant Üzeyir Cəfərov erməniləirn ən müasir silahlarla belə öz təhlükəsizlikləirni təmin etməyə qadir olmadıqlarını söylədi. Ermənistanın bir neçə ilə əvvəl işğal etdikləri torpaqlarımızda "möhkəm", "alınmaz" müdafiə sədləri yaradaraq Azərbaycan ordusunun onu ala bilmədiyinə imiid etdiklərini, ancaq bununla özlərinin təhlükəsizliklərini təmin edə bilmədiklərini xatırlatdan hərbi ekspert: "Aprel döyüşləri göstərdi ki, ermənilərin möhkəmlənmiş müdafiə sistemləri ümidi boşa çıxıb. İndi də ermənilər özlərinin hava hücumlarından müdafiələrini möhkəmlətmək üçün "Verba" və "İqla" zenit-raket kompleksləri aldıqlarını iddia edirlər və ona ümid bəsləyirlər. Çünki ötən ilin aprel döyüşlərində Azərbaycanın pilotsuz uçan aparatları ermənilərin canına od salaraq onlara böyük həcmdə itkilər verdi. Amma Azərbaycan hazırda 100 kilometr dərinlikdə düşməni məhv etməyə qadir olan kumilyativ başlıqla pilotsuz uçan aparatlar istehsal edir. Bu aparatlar cəbhənin dərinliklərində düşmənin istənilən obyektini məhv etməyə qadirdir. Nazir Yavər Camalov da Nazirlər kabinetinin iclasında bunu xüsusi qeyd etdi. İndi ermənilər qorxuya düşüblər və onlar canlarındakı xofu "Verba" ümidilə çıxarmaq istəyirlər. Amma "Verba"ya ümid etmək ermənilərin özlərini aldatmasından başqa bir şey deyil".

Hərbi ekspert həmçinin qeyd etdi ki, Azərbaycan kosmosdakı peyki vasitəsi ilə düşməni nəzarətdə saxlayır və lazım gələcəyi təqdirdə ondan alınan məlumatlardan da düşmənin məhv edilməsi üçün istifadə ediləcək.

Bir sözlə istənilən halda Ermənistanın hansısa yollarlasa işğal etdiyi torpaqları əldə saxlaya biləcəyi inandırıcı görünmür. Üstəlik Ermənistanın de-fakto müstəqilliyini itirməsi və Rusiyanın quberniyalarından biirnə çevrilməsi də qarşı tərəfin işğal altında olan torpaqlarımızda uzun müddət qala bilməyəcəklərinin sübutu kimi dəyərləndirilə bilər.

Əziz Mustafa

Oxundu 926