cnn-15-nefer-musiqiye-qulaq-asaraq-qasiqcinin-cesedini-parcalayib

CNN: 15 nəfər musiqiyə qulaq asaraq Qaşıqçının cəsədini parçalayıb

badamdarda-catlar-derinlesir-11-villanin-sahibine-kocmek-ucun-vaxt-verildi

Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi

dovlet-neft-fondu-gelir-ve-xercleri-aciqlandi

Dövlət Neft Fondu gəlir və xərcləri AÇIQLANDI

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

ANALİZ

ABŞ-ın atdığı raketlər hansı hədəflərə dəydi?

07.04.2017 16:54

Xəbər verdiyimiz kimi, ABŞ Suriyada Əsəd rejiminə məxsus hərbi aviabazaya qanadlı raketlərlə zərbə endirib. ABŞ Aralıq dənizindəki gəmilərdən təqribən 50-dən çox "Tomahawk" tipli raket buraxıb. Zərbə, qadağan olunmuş kimyəvi silahdan istifadə ilə hücumun təşkil edildiyi Homs əyalətindəki aerodroma endirilib. "Yeniavaz.com" xəbər verir ki, politoloq Şahin Cəfərli ABŞ-ın Əsəd rejiminə məxsus aviabazaya zərbə endirməsinin hansı nəticələrinin olduğunu açıqlayıb. Politoloqun açıqlamasını təqdim edirik:

1. Bəşər Əsədə

Şam despotu son vaxtlar ciddi şəkildə arxayınlaşmışdı və cəzasız qalacağına əmin görünürdü. Artıq yatağında rahat ola bilməyəcək. Trampın strategiyasızlığı və ölkədaxili mərkəzlərin təsiri ilə asanlıqla ABŞ-ın ənənəvi ritorikasına və siyasətinə dönə biləcəyini göstərməsi Əsəd üçün ciddi təhlükələr ehtiva edir.

2. ABŞ-Rusiya əməkdaşlığına

İki ölkə arasında əməkdaşlığın “beynəlxalq terrorizmə qarşı mübarizə” kimi ABŞ-dakı ən qatı antirusiya mövqeli senatorun belə etiraz etməyəcəyi ülvi məqsədlə başlayacağı gözlənilirdi. Olmadı. (Ən azı, bu mərhələdə.) Rusiya Suriyada uçuşların təhlükəsizliyinə dair ABŞ-la imzaladığı Memorandumdan çıxdı, Vaşinqtona qarşı Trampın qələbəsindən bəri ilk dəfə olaraq sərt ittihamlar irəli sürməyə başladı. Kreml və Duma dəhlizlərində Trampa bəslənən ümidlər alt-üst oldu.

3. Rusiyanın və şəxsən Putinin xarizmasına

Rusiya C-300 və C-400 kompleksləri ilə Suriyanın hava məkanını tam qapatdığını elan etmişdi. “Bizdən xəbərsiz göydə uçanı, yerdə qaçanı vurarıq, buralar bizdən sorulur” havasında idi. Olmadı. ABŞ əməliyyatdan əvvəl Rusiyanı siyasi səviyyədə məlumatlandırmağa ehtiyac duymadan sadəcə, Qatardakı bazasından Rusiyanın Suriyadakı “Hmeymim” bazasına ötürdüyü texniki bilgiləndirmə ilə kifayətləndi. C-300 (400) çalışmadı, çalışdırılmadı.

4. Suriya məsələsinin həlli üzrə Rusiya-İran-Türkiyə üçlü tərəfdaşlıq mexanizminə

ABŞ-ın hücumlarını dəstəkləyən və daha sərt addımlar tələb edən Türkiyənin bu 2 ölkə ilə taktiki bərabərliyinin sona yetmə ehtimalı böyükdür. Onsuz da Moskva ilə Ankara arasında kifayət qədər problem var idi. Rusiyanın hələ də Türkiyəyə yeni səfir təyin etməməsi, qarşılıqlı ticarət embarqoları bunu göstərir. Türkiyə-İran münasibətləri də isti deyil və son vaxtlar İraq-Suriya məsələləri ilə əlaqədar Ankaranın Tehrana yönələn tənqidləri artıb.

5. İrana

Növbəti zərbələrə qərar verilərsə, İrana bağlı qrupların, xüsusən İsrailin təhlükəsizliyi üçün əsas təhdid mənbəyi olan “Hizbullah”ın hədəf seçilməsi ehtimalı böyükdür. Əminliklə söyləmək olar ki, Tramp hökuməti Suriya böhranı fonunda İranın regionda, bilavasitə İsrail sərhədində öz dayaqlarını möhkəmləndirməsinə yol verməyəcək.

Oxundu 983