İsrail parlamenti qondarma "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq

Müdafiə Nazirliyindən tək oğlan övladının cəbhəyə göndərilməsinə - MÜNASİBƏT

Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı - AÇIQLAMA

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

ANALİZ

İran Ermənistanı, yoxsa Azərbaycanı məğlub olmaqdan xilas edib? - ANALİZ

07.04.2017 15:51

Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirəndiyi bir vaxtda problemin aradan qaldırılmasında ermənipərəst mövqedən çıxış edənlər arasında nəinki Qərb dövlətləri, həm də bəzi islam ölkələri var. Bu baxımdan özünü az qala islam dünyasının "müdafiəçisi" kimi qələmə verməyə çalışan İranın bəzi dairələrinin təcavüzə məruz qalan Azərbaycana münasibətdə erməni dəyirmanına su tökmələri, ölkəmiz əleyhinə iftiralar atması ara vermir. Bunu Cənubi Azərbaycanın Ərdəbil əyalətinin keçmiş qubernatoru, 9-cu çağırış İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpurun Ermənistanın "Azariha.org" agentliyinə verdiyi müsahibə də sübut edir. Bəri başdan deyək ki, açıq-aşkar şəkildə anti Azərbaycan ruhunda olan bu müsahibədə Həqiqətpur Qarabağ münaqişəsi haqqında həqiqətləri təhrif edərək ölkəmizə iftiralar yağdırmaqda erməniləri belə kölgədə qoymağa cəhd edib. Həqiqətpur müsahibəsində iddia edib ki, əgər İranın köməyi olmasaydı ermənilər çoxdan Bakını belə alardılar: "Biz azərbaycanlılar xilas etdik, əks halda ermənilər Bakını belə alardılar. Azərbaycan hələ də İrandan aldığı 30 milyon dollarlıq silahın pulunu verməyib və biz də bunu açıb-ağartmırıq. Azərbaycanlı məmurlar nankordurlar. Əgər mənim vasitəçiliyimlə Rövşən Cavadova bir təyyarə silah verməsəydik, onda ermənilər digər əraziləri də alacaqdılar".

Göründüyü kimi açıq-aşkar münaqişə haqqında həqiqətlərin təhrif edilməsinə yönələn bu açıqlama İranın bəzi dairələrinin Azərbaycana münsibətdə nə qədər böyük səviyyədə düşmən mövqeyində dayandığını bir daha təsdiq edir. Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov "Yeniavaz.com"a verdiyi açıqlamasında Həqiqətpurun bu müsahibəsinin Azərbycan və İran arasında münasibətlərin pisləşməsinə, iki ölkə arasında siyasi gərginliyin körüklənməsinə xidmət etdiyini vurğuladı: "Mən döyüş bölgəsində olmuşam, vuruşmuşam. Ancaq bir dəfə də olsun orada bir iranlya belə rast gəlmədim. İran müəyyən məqsədlərini həyata keçirmək naminə Azərbaycana cüzi həcmdə hərbi- texniki yardım göstərib. Ancaq onun özünün də dediyi kimi, bir təyyarə silah verməklə müharibənin taleyini həll etmək mümkün deyil. Azərbaycan o vaxt da, indi də erməniləri yerində oturtmağa, nəinki işğal edilən torpaqlarımızı azad etməyə, həm də Yerevanı tutmağa qədər hərbi gücə malik olub. Sadəcə olaraq ermənilər rusların hərbi-texniki və canlı qüvvəsindən istifadə edərək torpaqlarımızı işğal ediblər. İranda da bunu yaxşı bilirlər. Ötən ilki aprel döyüşləri də göstərdi ki, əgər erməniləri məlum dövlət dəstəkləməsəydi, onda Azərbaycan ordusu bir həftə ərzində işğal edilmiş torpaqlarımızı azad edəcəkdi. Məsələnin digər tərəfinə gəlincə, Həqiqətpur unudur ki, İranın Azərbaycan və Ermənistan dövlət başçılarını Tehrana çağırdığı bir vaxtda ermənilər Şuşanı işğal etdilər".

Hərbi ekspert özünü az qala islam dünyasının "müdafiəçisi" rolunda qələmə verməyə cəhd edən İranın əksinə qonşuluğundakı müsəlman ölkəsinin məscidlərini dağıdan, yerlə-yeksan edən, müqəddəs Qurani-Kərimi yandıran ermənilərə yardım etdiyini və bunun sübuta ehtyacının olmadığını vurğuladı: "Əgər İran həqiqətən də özünün də iddia etdiyi kimi islamın `müdafiəçisi` olsaydı, onda , quran yandıran, məscidləri yerlə-yeksan edən ermənilərə qucaq açmazdı, Ermənistan da Qarabağı işğal edə bilməzdi ".

Üzeyir Cəfərov təəsüflə qeyd edib ki, 23 il ərzində bu məsələyə toxunmayan Həqiqətpurun gözlənilmədən münaqişə ilə bağlı ölkəmiz üzərinə iftiralar atmasının arxasında Bakı ilə Tehran münasibətlərinin yaxşılaşmasını istəməyən Ermənistan və bəzi düşmən güclər dayanır: "Həqiqətpur sanki erməni dili ilə danışır, ölkəmizə iftiralar yağdırmaqda özünü ermənidən daha çox erməni kimi aparır. Mənə elə gəlir ki, onun müalicə olunmağa ehtiyacı var".

Əziz Mustafa

Oxundu 1131