ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

ANALİZ

Parlament seçkilərindən sonra Ermənistanda 2008-ci il təkrar oluna bilər - ANALİZ

01.04.2017 17:14

Son bir neçə ayda Ermənistanda keçiriləcək parlament seçkləri ətrafında qaldırılan ajiotaj finiş nöqtəsinə çatıb. Belə ki, sabah, aprelin 2-də Emənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərin nəticələrinə əsasən ölkə prezidentlik üsul-idarəsindən parlamentli idarə etməyə keçəcək. Bununla da gələcəkdə prezident parlament tərəfindən seçiləcək. Amma Ermənistanda prezidentin parlament tərəfindən seçilməsi ölkəni hazırda idarə edən Serj Sarkisyanın prezidentlik səlahiyyətlərinin başa çatmasından sonra, 2018-ci ilin aprel ayında baş tutacaq. Xatırladaq ki, iki il bundan əvvəl Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referenduma əsasən prezidentin səlahiyyətləri azaldılıb və o əvvəlki kimi ölkədə əsas söz sahibi ola bilməyəcək. Buna paralel olaraq parlament seçkilərində ölkənin əsas siyasi güclərini təşkil edən Respublika, Kommunist, Daşnaksutyun, "Azad demokratlar" və "Erməni dirçəlişi" partiyaları, həmçinin dörd siyasi blok , "Yelk", Ermənistan Milli Konqresi, "Ohanyan-Raffi-Oskanyan" və "Sarukyan" blokları iştirak edir. Bununla belə Ermənistanda növbəti parlament seçkiləri kompaniyası olduqca qalmaqallı keçməsi ilə diqqəti cəlb edib. Bir sıra yerlərdə müxalifətdə olan partiyalar və seçki blokları üzərinə hücumların təşkil edilməsi və hətta onlardan bəzilərinin iqtidarda olan Sarksyan tərəfdarları tərəfindən döyülməsi və bıçaqlanması halları qeydə alınıb. Əslində bu da əsassız deyil. Hazırda ölkəni idarə edən Sarkisyanın hakim Respublika Partiyası parlamentdə çoxluğu əldən verməmək və qələbə qazanmaq üçün müxalifətdə olan partiyalara qarşı hədə, şantaj, qorxutma metodlarından istifadə edib. Bu baxımdan Ermənistanda keçiriləcək parlament seçkilər ərəfəsində qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş "müdafiə" naziri Babayanın həbs edilməsi və onun Sarkisyana qarşı sui-qəsd etmək üçün ölkəyə "İqla"zenit-raket kompleksi gətirməkdə günahlandırılması diqqəti cəlb edib. Bundan əlavə Ermənistanın keçmiş prezidenti Koçaryanın iqtidarda olan rejim tərəfindən seçicilərin pulla və rüşvətlə ələ alınmasına etiraz etəsi və"seçkilərin nəticələrini pul həll edəcək" deməsi də Sarkisyan rejiminin hər vasitə ilə hakimiyyəti qoruyub saxlamaq cəhdinə baş vuracağını göstərir.

Seçkilərdə iqtidar partiyasının əsas rəqibi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi hesab edilir. Milli konqres Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması və Qarabağ münaqişəsinin həlli üçün müvafiq addımlar atmaq niyytəində olduğunu bəyan edib. Parlament seçkilərində həmçinin keçmiş müdafiə naziri Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tutmuş Vardan Oskanyanın başçılıq etdiyi "Ohanyan-Raffi-Oskanyan" blokunun, biznesmen, Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Sarukyanın "Sarukyan" blokunun da iqtidar partiyası üçün ciddi rəqiblərdən olacağı ehtimal edilir.

Bəs Ermənistanda növbəti parlament seçkilərində kim qalib gələcək?

Bununla əlaqədar "Yeniavaz.com"un sualına cavabında politoloq Qabil Hüseynli parlament seçkilərində Moskva tərəfindən dəstəklənən siyasi gücün qalib gələcəyini vurğuladı: "Ermənistanda baş tutacaq parlament seçkilərinin qalibi Moskva tərəfindən dəstəklənən partiya olacaq. Moskva isə əvvəlki kimi yenə də Sarkisyanı müdafiə edir. Çünki Sarkisyan hakimiyyətdə olduğu illərdə Ermənistanı Rusiyanın quberniyasına çevirib və onu tamamilə Moskvadan asılı vəziyyətə salıb. Belə vəziyyətdə isə Ermənistanda şəffaf, demoratik seçkilərin keçirilməsi mümlkün deyil".

2008-ci il yenidən təkrarlanacaq

Politoloq hakimiyyətdə olan güclərin yenidən seçkiləri saxtalaşdıraraq səs çoxluğu ilə qalib gəlməyi təmin edəcəyini, bunun isə Ermənistanda qarşıdurmanın baş verməsinə gətirib çıxaracağını istisna etmədiyini söylədi. O xatırlatdı ki, 2008-ci ildə də Sarkisyan hakimiyyətə seçkiləri saxtalaşdırmaq yolu ilə gəlmişdi və o vaxt bu, ölkədə qarşıdurmaya səbəb olmuşdu: "Sarkisyanın növbəti dəfə seçkiləri saxtalaşdırması və hakimiyyəti qoruyub saxlamağa cəhd etməsi buna etiraz edən xalqın, siyasi güclərin meydana çıxmasına gətirib çıxaracaq. 2008-ci ildə də belə olmuşdu və xalq Sarkisyanın seçkiləri saxtalaşdırmaq yolu ilə prezident seçilməsinə etiraz edərək küçələrə çıxmışdı. O vaxt xalqın dinc etiraz aksiyasını dağıtmaq üçün Sarkisyanın köməyinə Moskvadan "Alfa" qrupu göndərilmişdi. Etiraz aksiyası silah gücünə yatırılarkən isə ölənlər, yaralananlar və həbsə atılanlar oldu. İndi də Ermənistanda oxşar vəziyyət əmələ gəlib. Belə hesab edirəm ki, parlament seçkilərindən sonra yenə də Ermənistanda 2008-ci ildəki vəziyyət təkrar olunacaq".

Əziz Mustafa

Oxundu 990