Deputatlar DYP-yə qarşı: Deputatların avtomobili də toxunulmazdır?

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi - VİDEO

Nə becərməliyik: meyvə-tərəvəz, yoxsa pambıq? - ANALİZ

Cümə, 25 may 2018
TR EN RU

Menu

Cümə, 25 may 2018
EN TR RU

ANALİZ

Qarabağ münaqişəsinin həllinə Sergey Lavrov mane olur?

30.03.2017 16:14

Son illərdə dəfələrlə Azərbaycan mətbuatında Dağlıq Qarabağ münaqişəsnin həllinə erməniəsilli Rusiya Xarici işlər naziri Sergey Lavrovun (Kələntaryanın) mane olduğu və onun hər vasitə ilə mövcud status-kvonu qoruyub saxlamağa cəhd etməsi barədə çoxsaylı yazılar gedib. Bu müstəvidə də bir sıra politoloqlar, o cümlədən tanınmış analitik Mübariz Əhmədoğlu mətbuata verdikləri açılamalarda Lavrovun münaqişənin həlli istiqamətində atılan və Ermənistanı qane etməyən istənilən planın həyata keçirilməsinə mane olduğunu dəfələrlə qeyd ediblər. Bu da hər halda əsassız deyil. Belə ki, atası Gürcüstan ermənisi, anası isə rus olan Sergey ogey atasına mənsub olan Lavrov soyadını götürüb.

1994-cü ildə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi, 2004-cü il mart ayının 9-da isə Vladimir Putin tərəfindən Rusiya Xarici işlər naziri vəzifəsinə təyin olunan Sergey Lavrov ilk günlərdən əsas diqqətini hər vasitə ilə münaqişə zonasında mövcud status-kvonun qorunub saxlanılmasına yönəldir. Ötən ilin aprel döyüşlərindən sonra belə demək mümkünsə bölgədə hərbi əməliyyatların dayandırılmasına nail olaraq soydaşlarını ağır məğlubiyyətdən xilas edən Lavrov bununla da problemin həllinə mane oldu. Bu ilin yanvar ayında azərbaycanlı jurnalistin sualına verdiyi cavabında Lavrovun Qarabağın Azərbaycanın daxli işi olmadığını açıq şəkildə vurğulaması onun problemin aradan qaldırılmasında ermənipərəst mövqe tutduğunu bir daha üzə çıxardı. Təsadüfi deyil ki, o vaxt bununla əlaqədar hüquq elmləri üzrə professor, Putinlə sıx yaxınlığı olan İlham Rəhimov: "Lavrov Rusiyanın yox, Ermənistanın xarici işlər naziri kimi danışıb",-demişdi.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda danışıqların dalana dirənməsinin də əsas səbəbkarının məhz Lavrov olduğu və onun bu yolla Azərbaycana təzyiq göstərmək istədiyi ehtimal edilir. Bəs Lavrovun münaqişənin həllinə mane olması və bununla əlaqədar onun öz nüfuzundan istifadə edərək Rusiyanın ali dairələrinə təsir edə bilməsi mümkündürmü?

Məsələ ilə əlaqədar "Yeniavaz.com"a açıqlamasında millət vəkili, politoloq Zahid Oruc Rusiyanın münaqişənin həllini istəməməsi barədə deyilənlərin həqiqətə uyğun olmadığını söylədi: "Şübhəsiz ki,bu münaqişənin həll edilməsi Rusiya üçün önəmlidir. Çünki münaqişənin həll edilməməsi istənilən halda bölgədə marağı olan digər ölkələrin bundan istifadə etmə cəhdinə gətirib çıxarır. Lakin o da aydındır ki, başda Rusiya Xarici işlər naziri Sergey Lavrov olmaqla bəzi ermənipərəst güclər münaqişəni Ermənistanın maraqlarına uyğun şəkildə həllinə cəhd edirlər. Bu müstəvidə də onlar ən azından erməni tərəfini qane edən mövcud status-kvonu qoruyub saxlamağa çalışırlar. Lavrovun bu məsələdə öz nüfuzundan istifadə etməsi məsələsinə gəlincə, tarixdə belə hadisələr çox olub. Məsələn, Napeolonun ətrafı işğalçılıq müharibələrinin aparılması üçün ona böyük göstəriblər. Eləcə Stalinin ətrafındakıların onun tərəfindən qəbul edilən hansısa qərara təsir göstərməsi barədə kifayət qədər faktlar mövcuddur. Bu baxımdan Lavrov Rusiyanın xarici siyasətində kifayət qədər güclü fiqurdur. Şübhəsiz ki, Rusiyanın ali dairələrində beynəlxalq hadisələrlə əlaqədar hər hansı bir qərar qəbul edilərkən onun rəyi, nüfuzu nəzərə alınır. Lavrovun ermənilərin maraqlarını müdafiə etməsi isə heç kimə sirr deyil. O bunu daim biruzə verir. Bu baxımdan da Lavrovun münaqişənin həllində ermənilərin maraqlarına cavab verməyən hər hansı həll variantının reallaşmasına imkan vermədiyi və mövcud status-kvonun qorunub saxlanılmasında maraqlı olduğu istisna edilmir".

Əziz Mustafa

Oxundu 810