Siqareti tərgitməyin effektiv yolu

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

PƏNCƏRƏ

Müqəddəs 3 aylar başladı

29.03.2017 17:59

Bu gün Rəcəb ayının ilk günüdür. Rəcəbin girməsiylə İslam aləmində müqəddəs sayılan 3 aylar mövsümü başladı: Rəcəb, Şəbən və Ramazan. Peyğəmbərimiz bir hədisi-Şərifində belə buyurur: Rəcəbi-şərif Allah-Taalanın ayı, Şabani-şərif mənim ayım, Ramazani-şərif ümmətimin ayıdır.

Bu aylar içində çox bərəkətli gün və gecələr, ən başlıcası isə Qurani-Kərimdə müjdələndiyi kimi min aydan daha xeyirli Qədir gecəsi var.

Ramazan ayı boyunca üzrlü səbəbi olmayan hər müsəlmanın oruc tutması Allah əmridir. Rəcəb və Şaban aylarında da ara-sıra oruc tutmaq dini baxımdan insana böyük faydalar qazandırdığı kimi Ramazan orucuna bədəni hazırlamaq yönü ilə də çox faydalıdır.

Mübarək bir mövsümə girmişik. Bu mövsümdə Allah-Taalanın mərhəməti daha bol olar, günahlarımız daha çox bağışlanar. Ona görə də bu mövsümdə bizə düşən daha çox xeyir əməllər işləməkdir, əldən tutmaqdır, könüllər almaq, dualar qazanmaq və dualarımızla Allah-Taalaya yalvararaq özümüzə, ailəmizə, məmləkətimizə, vətəndaşlarımıza, ölmüşlərimizə, bütün sevdiklərimizə xeyir diləməkdir.

Bizi daha bir Rəcəbə yetişdirən, Şabandan keçirib Ramazana qovuşduran Aləmlərin Rəbbinə sonsuz şükrlər olsun!

Oxundu 1685