ilin-sonunadek-sehid-ailelerinin-50-faizine-yaxinina-birdefelik-odeme-verilecek-nazir

"İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına​ birdəfəlik ödəmə veriləcək" - Nazir

moskvada-azerbaycanlilarin-mescidi-baglandi-foto-video-ekskluziv

Moskvada azərbaycanlıların məscidi bağlandı - FOTO - VİDEO - EKSKLÜZİV

azersigorta-sehid-ailelerinin-birdefelik-odenisle-bagli-naraziligina-cavab-verdi

“Azərsığorta” şəhid ailələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

PƏNCƏRƏ

Allaha borc verin!

06.03.2017 21:18

Gözəl bir söz var: Padşah bağbana bir bağ qıydı, bağban padşaha bir alma qıymadı. Bu sözün arxasında əslində çox böyük mətləblər durur. Yəni insan sahib olduğu hər şeyi ona verənə nə verə bilir. Hər şey bir imtahan vasitəsidir. Sahib olduğumuz hər şeylə imtahan olunuruq. Allah-Taala kiminə istədiyini verərək imtahana çəkir, kimini də məhrumiyyətlə sınaqdan keçirir.

Sədəqə dediyin şey Allah verdiyindən verməkdir, həm də Allaha sadiq olduğunu isbat edərək verməkdir. Üzümüzdəki təbəssümü də, könlümüzdəki sevgini də, dilimizdəki sözləri də, sərvətimzi, sağlığımızı da verən Allahdır. Biz də bu nemətlərdən sədəqə verərək borcumuzu yerinə yetirməyə çalışırıq. Uca Peyğəmbərimiz (Ona Allahın salamı olsun!): "Təbəssüm də sədəqədir" - buyurmayıbmı?!

Sədəqə vermək - Allaha borc verməkdir. Allaha borc vermək Allahı xoşnud edə bilmək üçün onun qullarına dəstək verməkdir. Maddi sərvət şəklində verilən sədəqə dünyadakı malını Allahın Axirət bankına qoymaqdır. Əmin olmalısan ki, burda verdiyinin qarşılığını orda qat-qat artığı ilə alacaqsan. Verdiyinə minnət qoymayacaqsan. Çünki qarşılıq Allahdan umulur, bəndədən deyil.

Nəcə düşünürsünüz, insanların bankı olar da, Allah-Taalanın bankı olmazmı? - Var, həm də ən xeyirlisindən, ən güvənlisindən.

Çox görmüşük ki, banklar batır və vətəndaşların milyonlarla sərmayəsi əlindən sovrulub gedir. Allah-Taalanın banklarında isə bir misqalınız, bir zərrəniz da zay olmaz. Dünya bankları sərmayənizin faizini verirlər, Allah-Taalanın bankları isə sərmayənizi on qat, yüz qat, min qat artıraraq sizə geri qaytarır.

Dünya banklarına qoyduğunuz sərmayənizdən bu dünyada istifadə edə bilərsiniz, Allah-Taalanın banklarına qoyduğunuz sərmayənin xeyrini isə həm bu dünyada, həm də heç bir bankın uzana bilmədiyi axirət dünyasında görə bilərsiniz. Siz Allah-Zül Cəlal Həzrətlərinin əmanət olaraq sizə verdiklərindən Onun əmanət bankına da pay ayırsanız, malın-mülkün gerçək Sahibi bu dünyada sizin sərvətinizin bərəkətini artırar, üstəlik də könlünüzə elə xoş duyğular bəxş edər ki, onun həyatınıza verdiyi dadı, ləzzəti heç bir dünya malı əvəz edə bilməz. Hələ bunlar nədir ki, bütün sərmayənin, hər cür imkanların əldən çıxdığı, dostların, qardaşların, valideynlərin, övladların.., hər kəsin can həşrində olacağı bir yer var ki, orada Allah-Taalanın banklarına qoyduğunuz sərmayədən başqa əlinizə bir şey keçməyəcək. Əgər orada əliboş qalsanız, "kaş ki, kaş ki...", deyib qovrulacaqsınız, bir şey qoymuş olsanız da "kaş ki, daha çox qoymuş olaydım,"- deyəcəksiniz.

Uzun bir ömür verib Allah-Taala biz qullarına və onu da bildirib ki, hər günümüzün 24 saatından birini Ona ibadətlə keçirsək, bizə ədəbi səadət bəxş edər, bütün həyatımızı ibadət qəbul edər. Gözümüzə nur, qolumuza güc, ayağımıza təpər verib, övlad verib, sərvət verib... O qədər şeylər verib ki, hansını sayaq? Verdiklərini necə sərf etməyin yollarını da göstərib. Təbəssümün sədəqə olduğunu bildirən Allah Rəsulu (s.ə.s.) nə qədər xeyir qapılarının üzümüzə taybatay açıq olduğunu göstərməyibmi? Allah-Təala (c.c.) Qurani-Kərimdə "Mallarınızı zəkat verərək bərəkətləndirin" -buyurmayıbmı? Buyurulmayıbmı ki, Allah rizasını qazanmaq üçün atılan hər addımın, alınan hər nəfəsın belə mükafatı var?- Əlbəttə buyurulub və Əlhəmdulillah ki, bizlər bu həqiqətə inanmış, təslim olmuş qullardanıq.

Biz demək istədiyimizi dedik, bütün bankların qapısı açıqdır, buyurun seçiminizi edin.


Sonsuz Nur

Sənin olduğun dünyada...

Müsəlman ordusu Uhudda Məkkə müşrükləri ilə savaşırdı və bu zaman Mədinədə xəbər yayılır ki, Rəsulullah şəhid olub. Bir anda Mədinə buz kimi donur, insanlar kədərdən az qala ağıllarını itirirlər. Atasını, iki qardaşını, ərini, oğlunu müsəlman ordusu cərgəsində cihada göndərmiş Ənsardan (ənsar- mədinəli müsəlmanlara deyilirdi, sözün mənası isə "dost" anlamına gəlir, məkkəli müsəlmanlar da mühacir adlanırdılar, yəni hicrət etmiş, köçmüş) Sümeyra Xatun bu xəbərdən dəli kimi fəryad edərək Uhuda doğru qaçır. Sanki qaçmır, uçur, nəfəs dərmədən, qanad çırparaq döyüş meydanına doğru şığıyır.

Savaş qurtarmış, meydanda insan cəsədləri qalıb, hər tərəfdən yaralıların iniltisi eşidilir. Sümeyra Xatun Rəsulullahı soruşur.

-Dayan!, - deyirlər, - Atan burada şəhid olub.

- Buraxın atamı, mənə Rəsulullahı göstərin, - deyir, dönüb atasının cansız cəsədinə baxmadan "Mənə Rəsulullahı göstərin." - deyib fəryad edir.

- Dayan, - deyrlər, - burada qardaşın şəhid olub.

- Mənə Rəsulullahı göstərin.

- Burada oğlun şəhid olub

- Mənə Rəsulullahı göstərin.

- Burada ərin şəhid olub

- Mənə Rəsulullahı göstərin.

Rəsulullahın həyatda olduğunu söyləsələr də, o xanım gözləri ilə görmədən rahat olmur. Həyəcanından yarpaq kimi titrəyən Sümeyra Xatun beş əzizinin, beç şəhidinin cənazələrinə belə baxmadan "Rəsulullahı göstərin" - deyib fəryad edir. Birdən gözləri Aləmlərə Rəhmət olaraq göndərilmiş o Mübarək Zatı görür, bütün təşvişi, qorxusu o andaca keçib gedir. Rəsulullahla üzbəüz dayanan Sümeyra Xatunun dodaqlarından bu sözlər süzülür:

- Anam, atam Sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Sənin olduğun dünyada heç bir dərd insana ağır gəlməz.


Bir udum hekayə

Dər­viş və pul

Bir gün bir pad­şah bir və­zi­ri­nə bir qə­dər pul ve­rir və şə­hər­də nə qə­dər dər­viş var­sa, on­la­ra pay­la­ma­ğı tap­şı­rır. Və­zir bir ne­çə dər­vi­şin ya­nı­na ge­dir, an­caq axır­da pu­lu al­dı­ğı ki­mi pad­şa­ha qay­ta­rır. Pad­şah:

- Bəs pu­lu nə üçün pay­la­ma­dın? - de­yə so­ru­şur.

Və­zir:

- Pad­şa­hım, bu pu­lu ver­mə­yə dər­viş tap­ma­dım, - de­yə ca­vab ve­rir.

Pad­şah:

- Axı bu ne­cə ola bi­lər? Şə­hər­də yüz­lər­lə dər­viş var? - de­yir.

Və­zir isə ona bu mə­na­lı ca­va­bı ve­rir:

- Pad­şa­hım, dər­viş­lər pu­lu qə­bul et­mə­di­lər. Pu­lu qə­bul edən­lər isə dər­viş de­yil­di­lər...

Oxundu 1730