suruculere-xeberdarliq-icaze-muddeti-3-gunden-sonra-bitir-video

Sürücülərə xəbərdarlıq: İcazə müddəti 3 gündən sonra bitir - VİDEO

qulaq-perdesinin-yirtilmasi-riski-elametleri-mualicesi

Qulaq pərdəsinin yırtılması... - Riski, əlamətləri, müalicəsi

prezident-azerbaycanin-isvec-norvec-ve-finlandiyadaki-sefirini-geri-cagirdi

Prezident Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfirini geri çağırdı

çərşənbə axşamı, 13 noyabr 2018
RU EN TR
EN TR RU

İNCƏ SƏNƏT

Əsəri ilk notlarından tanınan bəstəkar - Süleyman Ələsgərov

22.02.2017 16:50

Görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, Xalq artisti Süleyman Ələsgərovun anadan olmasından 93 il ötür.

Şuşada dünyaya göz açmış Süleyman Ələsgərovdan danışanlar onu Üzeyir ruhlu sənətkar kimi dəyərləndirirlər. Bu da təsadüfi deyil. Çünki o, ömrü boyu sayəsində bir bəstəkar kimi yetişdiyi Üzeyir bəyə və onun irsinə sadiq qalıb (Yeri gəlmişkən onu da deyək ki, Süleyman Ələsgərov konservatoriyaya ayaq basan gündən Üzeyir bəy onunla maraqlanıb. Onun ilk əsəri olan "Gözlə məni" mahnısını (1942) isə yüksək dəyərləndirib. Həmin mahnını Bülbül ifa edib).

Süleyman Ələsgərov əsəri ilk notlarından tanınan bir bəstəkar olub. Yaradıcılığında müxtəlif janrlara müraciət etmiş sənətkar 2 operanın ("Bahadır və Sona", "Solğun çiçəklər"), 12 musiqili komediyanın ("Məhəbbət gülü", "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu", "Hardasan ay subaqlıq", "Sevindik qız axtarır", "Həmişə xanım", "Gurultulu məhəbbət", "Subaylarınızdan görəsiniz", "Hərənin öz ulduzu") 2 simfoniya ("Gənclik" və "Vətən"), "Bayatı-Şiraz" simfonik muğamının, 200-ə qədər mahnı və romansların müəllifidir. Bəstəkarın "Bayatı-Şiraz" simfonik muğamı onun yaradıcılığında mühüm mərhələni təşkil edir. "Ulduz" operettası həm ölkəmizin bir çox şəhərlərində, həm də onun hüdudlarından uzaqlarda tamaşaya qoyulub və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb. Ümumiyyətlə, bəstəkar musiqili-komediya janrını daha çox sevirdi. Bu səhnə əsərlərində o, dahi Ü.Hacıbəyovun musiqili komediya ənənələrini öz yaradıcılığında davam etdirib.

Lakin onu da Şuşa nisgili sarsıtdı. O bu sarsıntını notlarla ("Yürüş mahnısı", "Gənclik marşı", "Bu torpağa bağlıyıq", "Haradasan, igid oğlan", "Biz qələbə çalmalıyıq", "Bura vətəndir", "Əsgər marşı", "Güllələnən abidələr", "Azərbaycan polisi", "Bakı-Ankara" və s.) ifadə etdi. Xalq şairi Zəlimxan Yaqubun "Bu gecə yuxuma girmişdi Şuşa" şerinə yazdığı musiqidə onun bu sarsıntılarını duymamaq mümkün deyil.

Bəli, bu gün də Qarabağda Xanın, Bülbülün, Cabbarın, Seyidin, Üzəyir bəyin və Süleyman Ələsgərovun ruhları dolaşır. Kaş düşmən tapdağı altında olan torpaqlarımızı azad edib onlarlın ruhlarını şad edə biləydik.

Qeyd edək ki, o, 1999-cu il yanvarın 21-də 74 yaşında vəfat edib.

Qvami

Oxundu 1749