cnn-15-nefer-musiqiye-qulaq-asaraq-qasiqcinin-cesedini-parcalayib

CNN: 15 nəfər musiqiyə qulaq asaraq Qaşıqçının cəsədini parçalayıb

badamdarda-catlar-derinlesir-11-villanin-sahibine-kocmek-ucun-vaxt-verildi

Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi

dovlet-neft-fondu-gelir-ve-xercleri-aciqlandi

Dövlət Neft Fondu gəlir və xərcləri AÇIQLANDI

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

PƏNCƏRƏ

"Səni o salama bağışladıq"

19.02.2017 12:17

(olmuş hadisə)

Bu hadisə işğalçı sovet ordusunun Əfqanıstana təcavüzü zamanı yaşanıb. Məlum olduğu kimi, müsəlman gənclər də məcburi qaydada Əfqanıstana əsgərliyə aparılırdı. Orada bir müsəlman gəncin başına gələn hadisəni sizə söyləyirik.

Əslən Tatarıstandan olan Muxabbat sürücü idi. Hərbi hissənin yük maşınını idarə edirdi. Yayın qızmar bir günündə onu Cəlalabada göndərmişdilər ki, oradan əsgərlərə yeni geyim gətirsin. Muxabbat göndərildiyi yerə çatır, lazım olan yükü maşına yükləyirlər və o, maşınına minib geri dönür. Yol dağın ətəyindən keçəndə maşın qəfildən dayanır. Muxabbat mühərriki yoxlayıb görür ki, bir hissə qırılıb. Necə deyərlər, yaman yerdə axşamladıq. Günəşin istisi adamın başını deşirdi. Maşını qoyub getsə də, bir tərəfə yetişəcəyini ümid etmədi. Bir xeyli əlləşsə də, əlindən bir şey gəlmədi və yorulub maşının kölgə düşən tərəfində təkərə söykənib mürgüləməyə başladı. Nə qədər mürgülədiyindən heç özünün də xəbəri olmadı. Bir də gördü ki, qarşısında ucaboylu, nur topu kimi ağsaçlı, ağsaqqallı bir qoca dayanıb: "Dur, oğlum", deyə onu çağırır. Tez yerindən dik atıldı, üst-başını düzəldib ona ehtiramla: "Əssalamun-aleykum", dedi. Bu vaxt maşının o biri tərəfindən şaqqıltı eşitdi. Dönüb baxanda gördü ki, iki nəfər əli silahlı əfqan mücahidi ona baxır. Əfqanlar soruşdular:

- Müsəlmansanmı?

- Əlhəmdülillah, müsəlmanam, - deyə Muxabbat cavab verdi.

- Kimə salam verirdin? - deyə əfqanlar soruşdular.

Muxabbat heyrətlə dönüb ətrafına baxdı, kişidən əsər-əlamət görmədi. O nurani qoca qeybə çəkilmişdi. Dilini sürüyə-sürüyə:

- Burda bir nurani qoca var idi. Məni də "dur" deyə yuxudan oyatdı. Mən də yerimdən duran kimi ona salam verdim, - dedi.

Əfqanlar bir-birinin üzünə baxdılar. Öz aralarında məsləhətləşib Muxabbata belə dedilər:

- Səni "dur" deyə yuxudan qaldıran ya mələk imiş, ya hansısa övliya, bunu bilmirik, amma onu bilirik ki, Allah-Taala sənin burda ölümünü istəməyib. Ona görə də o mübarək Zatı göndərib ki, səni yuxudan oyatsın, sən də qalxıb ona salam verəsən. Biz sənin salamını eşidəndən sonra fikrimizi dəyişdik və səni o salama bağışlayırıq.


Bir şair ki, könlü bulaq

Yunus Əmrə təsəvvüf düşüncəsinin ən yüksək məqamında yer tutmuş bir sufidir. Onun üçün Allah və rəsulundan aşağı sevgi adı daşıyacaq bir şey yoxdur. Yunus Əmrə ibadəti ixlas yüklüdür, yəni ancaq Allah üçündür, ticarət məqsədi güdmür. Yunus Əmrə nə cənnət istəyir, nə cənnətdəki huriləri; Nə cənnətdə vəd olunan sarayları, nə oranın gözəlliklərini. Yunus Əmrə Allahı görmək istəyir, Allaha qovuşmaq istəyir. Təbii ki, bu da müəyyən dini bilgilərlə izah olunur: "Cənnətin bir anı bu dünyanın 60 min ilinə bərabərdir; İnsanın ən böyük qazancı Allah-Taalanın mübarək çöhrəsini görməkdir. Allah-Taalanın mübarək çöhrəsini görmə anı cənnətin 60 min ilinə bərabərdir".

Yunus Əmrə ən böyüyə, ən gözələ can atır, o, Allahı istəyir, bir an öncə o mübarək hüzura qovuşmaq istəyir. Şeirlərində də bu düşüncə ana xətt kimi keçib gedir. Yunus Əmrənin könlü Allah sevgisi ilə bulaq kimi coşur, çağlayır, gözü, könlü bu bu duyğu ilə yenilənir, bərəkətlənir.

Bugünkü Azərbaycan və ya Anadolu türkünün o düşüncəni, o mənəvi ucalığı təsəvvür edə bilməməsi bəzən anlaşılmazlıqlara səbəb olur. Yunus Əmrəni bizim bayaq dediyimiz düsturla, həm də göstərdiyimiz koordinatlarda axtarmaq lazımdır.

Yunus Əmrə

Gözüm Səni görmək üçün

Gözüm Səni görmək üçün,

Əlim Sənə ermək1 üçün,

Bu gün canım yolda qoydum,

Yarın Səni bulmaq üçün.

Bu gün canım yolda qoyam

Yarın əvəzin verəsən,

Ərz eyləmə uçmağını2,

Heç arzum yox uçmaq üçün.

Mənə uçmaq nə gərəkməz,

Hərgiz könlüm ona baxmaz,

İş bu mənim zarılığım,

Deyildürür bir bağ üçün.

Uçmaq, uçmağın dediyin,

Möminləri yeltədiyin3,

Vardur ola bir kaç huri,

Həvəsim yox uçmaq üçün.

Bunda dahi verdün bizə

Ol huriyi cifti4 halal

Andan daha keçdi arzum

Əzmim Sənə qaçmaq üçün.

Sufilərə ver Sən anı

Bana Səni gərək Səni

Haşa5, mən tərk edəm Səni

Şol bir ala çardaq üçün.

Yunus həsrətdurur Sana

Həsrətini göstər ona

Bir inayət qapısı aç,

Yol eyləgil varmaq üçün.

-----

1 çatmaq, yetişmək

2 cənnət

3 həvəsləndirmək

4 cüt

5 Allah eləməsin ki


Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) nəsihətləri

- Sözlərin ən doğrusu Allahın kitabı, ən etibarlı tutacaq təqvadır (Allahdan qorxaraq, haramdan uzaq durmaq).

- Dinlərin ən xeyirlisi İslamdır.

- Yolların ən xeyirlisi Muhammədin (s.ə.s.) yoludur.

- Sözlərin ən şərəflisi zikrullahdır (Allahın adını çəkmək).

- Qissələrin ən gözəli Quranda nəql edilənlərdir.

- Ən gözəl gedişat (yol) peyğəmbərlərin yoludur.

- Ən gözəl ölüm şəhidlərin ölümüdür.

- Ən qatı korluq doğru yolda olduqdan sonra ondan sapmaqdır.

- Ən xeyirli elm faydalı olandır.

- Korluğun pisi qəlb korluğudur.

- Verən əl alan əldən üstündür.

- Faydasız bəhanə ölüm anında söylənəndir.

- Peşmanlığın ən pisi Qiyamət günü yaşanandır.

- Yanlışları ən çox olan dili çoxlu yalan söyləyəndir.

- Xeyirli zənginlik göz toxluğudur.

- Ən xeyirli qida təqvadır.

- Hikmətin başı Allah qorxusudur...


Bir damla hekayə

Meyvəli ağac kimi

Namaz qılmağa yenicə başlamış birisi bir din aliminin yanına gəlir və soruşur:

- Mən əvvəlllər namaz qılmırdım və şeytan də mənə yaxın düşmürdü, ən azı belə bir şey hiss eləmirdim. İndi isə namaza başlayandan bəri açıq-aydın hiss edirəm ki, şeytan məndən əl çəkmir, davamlı olaraq mənə vəsvəsə verir. Bunun səbəbi nədir?

Din alimi ona belə cavab verir:

- Eşitmisənmi, "meyvəli ağacı daşlayarlar"- deyilib. Əvvəllər sənin meyvən yox idi, şeytan də səninlə çox vaxt məşğul olmazdı. İndi isə namaz qılmağa başlamısan və meyvəli ağac kimisən. Şeytan da sənin meyvələrini daşlayıb yerə tökmək, zay etmək istəyir. Dəniz quldurları xəzinə daşıyan gəmilərə basqın elədiyi kimi şeytan da sənin xəzinələrini əlinən qoparıb almağa çalışır. Şeytan sənin Allaha ibadət etməyindən alışıb yanır və səni çəkindirmək üçün hər cür oyun oynayır.

Oxundu 1316