"Rusiya ilə açıq və səmimi şəkildə dialoq qurulmalıdır"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici işlər naziri təyin edəcəyi namizədi Reks Tillerson Rusiya haqda danışıb. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tillerson Rusiyanın təhlükə yaratdığını deyib: "Amma Rusiya öz mənfəətləri istiqamətində atdığı addımlardan xəbərdarıq". ABŞ xarici işlər naziri postuna namizəd bildirib ki, Rusiyanın güclənməsi ABŞ-ın qərarlı liderlik etməməsi ilə bağlıdır: "Müttəfiqlərimiz qarşısındakı öhtəliklərimizdə geri addım atdıq. Zəif, qarışıq siqnallar göndərdik, qırmızı xətlər yaşıl xətlərə çevrildi. Rusiyanın bizim kimi düşünmədiyinin fərqində ola bilməmişik". Tillerson, ABŞ və Rusiyanın heç vaxt dost olmayacağını deyib. O bildirib ki, hər iki ölkə birbirinə zid dəyərlərə sahibdir: "Amma yenə də bu ölkələr qarşılıqlı olaraq bəzi məsələlərdə həm fikir olmalıdır. Dialoqun önəmli olduğunu düşünürəm. Amerikanın öz yolunu planlaması baxımından Rusiya ilə açıq və səmimi şəkildə dialoq qurmalıdır". Nazir vəzifəsinə namizəd olmadan öncə "ExxonMobil" neft şirkətinin rəhbəri olan Tillersonu tərlədən suallar verilib. Bu sualı sonuncu prezident seçkilərində Respublikaçı Partiyasının namizəd namizədləri arasında iştirak edən senator Marko Rubio verib. Robionun Tillersona Rusiyanın Suriyadakı hərbi addımları səbəbilə Putini "müharibə günahkarı" adlandırdığı sualda Tillerson bunun qəbul edilməz olduğunu deyib. Amma "müharibə günahkarı" sözünü istifadə etməyib. Bunun onunla əsaslandırıb ki, əlində sübutu yoxdur, sübutu olarsa Putin haqda bu sözü deyə bilər. Başqa bir suala cavabında Tillerson, Tramp rəhbərliyi vəzifəyə başlayana qədər Rusiyaya qarşı indiki münasibətin qorunmasının tərəfdarı olduğunu deyib. Tillerson mətbuat konfransında ümumi olaraq Trampın Rusiyaya qarşı münasibətinin yumuşaq olacağını bildirib. Qeyd edək ki, Tillerson Trampla Rusiya siyasəti haqda hələlik danışmadığını da söyləyib.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top