Bu klubun Avrokuboklarda iştirakına qadağa qoyuldu

Serbiyanın “Partizan” klubu maliyyə “feyr-pley”ini pozduğuna görə üç il müddətinə Avropa kuboklarında iştirakdan mərhum edib. “Yeniavaz.com”un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Belqrad təmsilçisi lisenziyalaşdırmanı pozmaqda da ittiham edilir. UEFA-nın klubların maliyyə nəzarəti üzrə komitəsinin arbitraj palatası “Partizan”ı 2017-2018, 2018-2019 və 2019-2020-ci illər mövsümündə Avrokuboklarda iştirakına qadağa qoyub. Bundan başqa, “Partizan” rəhbərliyi işin aparılması üzrə xərclərin qarşılanması qismində 3 min avro ödəməli olacaq.

DİGƏR XƏBƏRLƏR

Top