Tramp: "Rusiya ilə heç bir əlaqəm yoxdur"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, Rusiya heç vaxt ona qarşı təsir rıçaqlarından istifadə etməyib. “Yenivaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, D. Tramp bu barədə “Tvitter” mikrobloqunda yazıb. O bildirib: “Rusiya mənə qarşı təsir rıçaqlarından heç vaxt istifadə etməyə çalışmayıb. Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur – heç bir sövdələşmə, minnət, heç nə!”. O, həmçinin bildirib ki, seçkilərdə asanlıqla qalib gəlib, lakin opponentləri saxta xəbərlərlə qələbəni kiçiltməyə cəhd edirlər.

DİGƏR XƏBƏRLƏR

Top