Hər il 5,4 milyon insanı ilan sancır

Gürcüstanda meyiti tapılan tələbə təhsil haqqını kazinoda uduzduğu üçün intihar edib - TƏFƏRRÜAT

Deputat: Mənzil verilən zaman kimdənsə pul alınması faktı ilə rastlaşmamışam

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

GÜNDƏM

Həbs olunan general: "Qadınlar var açıq danışa bilmirəm"

11.01.2017 18:40

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş İlham Xəlilov prokurorun suallarını cavablandırıb. İ. Xəlilov bildirib ki, A. Çovdarov ondan pul alıb. Daha sonra şahid qismində Adil Yaqubov və A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev ifadə verib. A. Yaqubov bildirib ki, zərərçəkmiş İlham Xəlilovun dedikləri yalandır, A. Çovdarov ondan pul almayıb. N. Atakişiyev də bildirib ki, İ. Xəlilovdan pul almayıb: "İlham Xəlilov deyir ki, pulu mən alıb Akif Çovdarova vermişəm. Lakin bu yalandır". A. Çovdarov da zərərçəkmiş İlham Xəlilovun yalan danışdığını deyib: "Yalan deyənin var-yoxuna söyərdim. Lakin qadınlar var açıq danışa bilmirəm". Proses yanvarın 16-da davam edəcək.

Oxundu 410