İzmir terrorunun sifarişçisi məlum oldu

Yanvarın 5-də Türkiyənin İzmir şəhərində məhkəmə binası qarşısında silahlı və minalanmış avtobillə törədilmiş terror aktına görə məsuliyyəti PKK terror təşkilatının qolu olan TAK (Kürdistan azadlıq şahinləri) üzərinə götürüb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PKK-ya yaxın internet saytlarında yer alan TAK-ın açıqlamasında hücumu özlərinin tabeliyindəki qrup tərəfindən törədildiyi iddia edilir. TAK İstanbul və Kayseridəki terror aktlarına görə də məsuliyyəti öz üzərinə götürmüşdü. İzmirdəki terror hücumu zamanı iki nəfər şəhid olmuş, 2 terrorçu isə öldürülümüşdü. Hadisə ilə əlaqədar bu günədək 23 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top