Rusiyaya gedən Azərbaycan vətəndaşında 1,15 mln. rubl aşkarlanıb

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin “Samur” gömrük postundan keçməklə Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1,15 mln. Rusiya rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top