Xızı sakini təmir etdiyi avtomobilin altında qalaraq ölüb

Xızı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Yeniavaz.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xızı rayonunun Giləzi qəsəbəsindəki avtomobil təmiri sexlərindən birində qəsəbə sakini Novruz Novruzov "DAF" markalı avtomobilin təkərini təmir edərkən qaldırıcı qurğu avtomobilin altından çıxıb və avtomobilin N.Novruzovun üstünə düşməsi nəticəsində o, ölüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top