Türiyədə iki PKK-lı terrorist öldürülüb

Türkiyənin Siirt şəhərində PKK-nın dağdan gələrək hücum planlayan 2 qadın terrorist polislərlə atışıb. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorist qadınlar türk polisi tərəfindən öldürülüb. Bir evdə terror planları ilə xəbər alan polis evi mühasirəyə alıb. Polisin "təslim olun" əmrinə tabe olmayan PKK-lılar polisə atəşlə cavab veriblər. Terroristlərin olduğu evdə çox sayıda silah sursat tapılıb. Qeyd edək ki, məlumatı Siirt valiliyi yayıb.

DİGƏR XƏBƏRLƏR

Top