ABŞ "F-35" qırıcılarını Yaponiya ərazisinə yerləşdirməyə başlayıb

Amerikanın beşinci nəsil çoxməqsədli "F-35B" qırıcıları Arizonanı tərk ediblər və sonradan ABŞ-ın dəniz piyadaları aviasiyasının "İvakuni" bazasına yerləşdirilmək üçün Yaponiyaya istiqamət alıblar. Bu barədə çərşənbə axşamı təyyarələrin məxsus olduğu ABŞ Dəniz Piyadaları Korpusunun saytına yerləşdirilən məlumatda bildirilir. Qeyd olunur ki, qırıcılar ABŞ ərazisindəki aerodromu yanvarın 9-da tərk ediblər. Bildirilir ki, onların Yaponiyaya göndərilməsi "F-35B proqramı üçün mühüm mərhələ olacaq". Bundan əlavə, "İvakuni" ABŞ-ın yalnız bu yaxınlarda döyüşdə istifadəyə hazır hesab edilən "F-35" qırıcılarını qəbul edəcək ilk xaricdə yerləşən bazası olacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top