Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

HADİSƏ

Masallıda məktəblinin başına futbol oynayarkən boru düşüb

10.01.2017 19:18

Masallı rayonunda idman zalında xəsarət alan məktəbli Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.

16 yaşlı Əkbər Elman oğlu Ramazanovun vəziyyəti ağır olduğundan Bakıdan rayona həkim briqadası dəvət olunub.

Ona kəllə-beyin travması, baş beynin əzilməsi, komatoz vəziyyət və sol tərəfli təpə gicgah sümüyünün sınığı diaqnozu qoyulub.

Masallı Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Ə. Ramazanovun vəziyyəti ağır olduğu üçün bir qədər əvvəl Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Masallı rayonu 4 saylı Digah tam orta məktəbinin 9-cu sinif şagirdi olan Əkbər Elman oğlu Ramazanov idman zalında futbol oynayarkən başına boru düşüb.apa

Oxundu 354