Prezident İlham Əliyev: "100 mindən çox daimi iş yeri açılıb"

"Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə qoyulub". "Yeniavaz.com" "president.az" saytına istinadn bildirir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Ölkə başçısı deyib ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu: "Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edildi. Azərbaycanda görülən işlərin beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini, Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını deyən dövlətimizin başçısı böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını vurğuladı".

DİGƏR XƏBƏRLƏR

Top