Pompeo ABŞ-ın dövlət katibi oldu

Döyülüb öldürüldüyü bildirilən keçmiş meşə gözətçisi SAĞ İMİŞ - DİN-dən açıqlama

Türkiyədə azərbaycanlı deputatın maşını saxlanılıb? - VİDEO

Cümə, 27 aprel 2018
TR EN RU

Menu

Cümə, 27 aprel 2018
EN TR RU

İQTİSADİYYAT

Bu gün ABB-nin İdarə Heyəti sədrinin adı açıqlanacaq

10.01.2017 10:21

Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun tutduğu vəzifədən azad edilməsi və yeni sədrin təyin edilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Xalid Əhədov icra edir. Böyük ehtimalla, X. Əhədov İdarə Heyətinin sədri təyin olunacaq.


Bundan öncə "APA-Economics" xəbər verib ki, "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və "Bank Respublika" ASC-nin İdarə Heyətinin sədr müavini Aqşin Əmirov ABB-nin rəhbərliyinə gətirilir. Bank sektorundakı mənbəmiz bildirib ki, hər iki şəxs İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacaq.

Oxundu 214