Pompeo ABŞ-ın dövlət katibi oldu

Döyülüb öldürüldüyü bildirilən keçmiş meşə gözətçisi SAĞ İMİŞ - DİN-dən açıqlama

Türkiyədə azərbaycanlı deputatın maşını saxlanılıb? - VİDEO

Cümə, 27 aprel 2018
TR EN RU

Menu

Cümə, 27 aprel 2018
EN TR RU

QƏRİBƏ DÜNYA

Dünyanın ən uzun metrosunda pilotsuz qatarlar şütüyəcək

09.01.2017 19:50

Şanxay metropiliteninin xətlərinin birində yaxın gələcəkdə tamamilə avtomatlaşdırılmış qatarlar işləməyə başlayacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, qatarın kabinəsində hətta maşinist üçün də yer nəzərdə tutulmayıb. Pilotsuz qatarlar tikintisi 2017-ci ildə qurtarmalı olan şəhər metrosunun 8-ci xəttinin yeni sahəsində hərəkət edəcəklər. Şanxaya çatdırılan pilotsuz qatarlar 4 bölmədən ibarətdir və təqribən 726 sərnişin üçün hesablanıb. Şanxya metrosu 2017-ci ilin sonunadək 11 belə qatar alacaq. 1993-cü ildə açılmış Şanxay metropoliteni 14 xətdən ibarətdir. Yolların ümumi uzunluğu isə 617 kilometrdir. Bu, dünyada xətlərin uzunluğu 500 kilometri ötən yeganə metropolitendir.

Oxundu 565