Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

HADİSƏ

Masallıda dörd məsciddən oğurluq edən şəxs tutuldu VİDEO

09.01.2017 14:53

Masallı rayonunda dörd məsciddən oğurluq edilib. Hadisələr rayonun Ərkivan qəsəbəsində, Dəmirçi və Qızılavar kəndlərində qeydə alınıb. Dəmirçi kənd məscidindən yas mərasimləri üçün istifadə olunan 4 mis qazan, Qızılavar kəndində yerləşən məsciddən 4 qazan, Ərkivan qəsəbəsində yerləşən Bağlaküçə məscidindən isə səsgücləndirici və iki sellofan paket pambıq oğurlanıb. Sonuncu oğurluq hadisəsi Şahsəfi məscidində qeydə alınıb. Məscidin imamı Fikrət Nəzərovun sözlərinə görə, ötən gün namaz vaxtı tanımadıqları cavan oğlan hər kəsin namazını qılıb qurtardığını gördükdən sonra nəzir qutusunu sındıraraq içində olan 106 manat pulu oğurlayıb. Səs-küyə gələn imam yaxınlıqdakı insanların köməyi ilə oğuluq edən şəxsi yaxalayaraq polisə təhvil verib. Masallı Rayon Polis Şöbəsindən verilən məlumata görə, artıq hadisəni törətmiş şəxs saxlanılıb. Onun başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır. Oğurluq hadisəsini törədən şəxsin rayonun Seybətin kənd sakini Ağahüseyn Ramiz oğlu olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.APA

Oxundu 272