Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

HADİSƏ

"Dəmirçi Plaza"dakı qətl "COBALT" markalı tüfənglə törədilib"

09.01.2017 11:05

Daxili İşlər Nazirliyi (DİN) "Dəmirçi Plaza"da törədilən qətllə bağlı məlumat yayıb.

"Yeniavaz.com"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.

Oxundu 267