Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

HADİSƏ

Azərbaycandan külli miqdarda rubl çıxarılmasının qarşısı alınıb - 1 milyon 200 min ​

07.01.2017 12:55

Külli miqdarda Rusiya rublunun ölkədən çıxarılmasına cəhdin qarşısı alınıb.

Yeniavaz.com saytı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat yayıb.

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində onların hər birinin üzərindəki gödəkcənin cibindən və hər ikisinin ayaqqabılarının içərisindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Yeniavaz.com xəbər verir ki, bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə məsələnin anlaşılmaz olduğunu bildirib. "Nəsə başa düşmədim! 2 nəfərin birlikdə ölkədən 1 milyon 200 min rubl çıxarmaq cəhdi niyə qaçaqmalçılıq hesab edilir ki? Həmin vəsait axı heç 20000 dollar etmir. Hər şəxsin isə 10000 dollaradək vəsait çıxarmağa hüququ var. Ölkədən qanunsuz olaraq milyardlarla vəsait çıxaranlar qalıb kənarda, qanun çərçivəsində pul çıxaranlara torba tikirlər".

Oxundu 335