ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

Yazarlar

Ürfan Məmmədli

Tərlan Əhmədova hücum: sifariş, qərəz və fakt

14.05.2018 16:14

Son vaxtlar mətbuatda Tərlan Əhmədovun mövsümün sonunda "Neftçi"ni tərk edəcəyi barədə xəbərlər xeyli çoxalıb. Əlbəttə, müqaviləsi bitən məşqçi ilə əməkdaşlığın davam etdirilib-etdirilməməsi klub rəhbərliyinin müstəsna səlahiyyətlərinə daxildir. Rəhbərlik heç bir əsas göstərmədən müqaviləsi bitmiş məşqçi ilə deyil, başqası ilə müqavilə bağlaya bilər. Məlum olduğu kimi, mövsümün sonunda Tərlan Əhmədovun "Neftçi" ilə müqaviləsi bitir. Yəni onun postunda qalmaması üçün əsas var. Amma mətbuat (təbii ki, bütün mətbuatı nəzərdə tutmuram) bu əsası bir tərəfə atıb Tərlan Əhmədovun getməsini əsaslandırmaq üçün yeni arqumentlər "kəşf" etməyə çalışır. Həmin yazıların qərəzli və ya sifarişli olduğunu demək üçün əlimdə əsasım yoxdur. Amma gətirilən "arqumentlər" o qədər o qədər cılızdır ki, şübhələnməyə bilmirsən. Məsələn, Nizami Hacıyevin "Neftçi"yə transfer olunacağını vaxtından əvvəl açıqlaması, mətbuat konfransında "Biz xristian deyilik ki, səhər yuxudan oyanan kimi ağzımızı söyüşlə açaq..." deməsi Tərlan Əhmədovun komandadan getməsini şərtləndirən səbəblər kimi göstərilir.

Doğrudur, səbəblər sırasında transfer məsələlərində yol verilən səhvlər də sadalanır və buna görə həqiqətən də, məşqçini tənqid etmək olar. Məsələn, qış transfer dönəmində komandaya gətirilən Mayk Kampaz, Lukas Qomez, Fransisko Qarsiya kimi futbolçuların əsasən ehtiyatda oturmasını baş məşqçiyə irad tutmaq olar. "Bunlar ehtiyatda oturacaqdısa niyə onlara sərmayə qoyulrdu?" sualını verməklə məşqçidən hesabat tələb etmək olar. Amma bütün bunlar məşqçinin komandadan getməsini şərtləndirən səbəblər sırasına o vaxt daxil edilə bilər ki, komanda zəif və ya qeyri-kafi nəticələr göstərsin. Tərlan Əmədovun "Neftçi"dəki göstəriciləri isə onu tənqid edənlərin arqumentlərini alt-üst edir. Mən Tərlan Əhmədovun dahi məşqçi olduğunu iddia etmirəm. Onun indiyə qədər çalışdığı komandalarda qazaqndığı nəticələrin ürəkaçan olmadığını deməyə də çəkinmirəm. Amma "Neftçi"yə son gəlişindən sonra qazandığı uğurlara kölgə salmaq istəyini də insafdan saya bilmirəm.

Məlum olduğu kimi, Sadıq Sadıqovun komandası "Neftçi"dən getdikdən sonra komanda bataqlığa düşüb. Oradan heç cür çıxa bilmir. Rəhbərlik yenilənsə də, dəfələrlə baş məşqçilər dəyişsə də, "Neftçi" əvvəlki formasını qaytara bilmir. Komanda 2015-2016-cı il çempionatında 36 oyunda 49 xal toplayaraq 10 komanda arasında 6-cı, 2016-2017-ci il çempionatında 28 oyunda 29 xal toplayaraq 8 komanda arasında 7-ci yeri tutub. Hazırkı çempionatın startında da fərqli "Neftçi" görmədik. Komanda ilk 4 oyunda cəmi bir xal toplayaraq "Kəpəz"lə birlikdə sonuncu iki yeri bölüşdürürdü. 5-ci turdan etibarən komandanın sükanı arxasına Tərlan Əhmədov keçdi və hələlik əvvəlki "Neftçi"ni görə bilməsək də, komandada canlanma yarandı. Əgər çemionatın 4-cü turundan sonra keçirilən oyunlar üçün yarış cədvəli tərtib etsək, "Neftçi"nin yalnız "Qarabağ"dan geri qaldığnı görərik.

Komandalar

Oyun

Qələbə

Heç-heçə

Məğlubiyyət

Top fərqi

Xal

1

"Qarabağ"

23

15

5

3

28-11

50

2

"Neftçi"

23

13

3

7

36-22

42

3

"Qəbələ"

23

12

6

6

38-21

42

4

"Sumqayıt"

23

9

7

7

29-27

34

5

"Zirə"

23

8

7

8

25-26

31

6

"Keşlə"

23

5

7

11

23-34

22

7

"Səbail"

23

5

7

14

17-33

22

8

"Kəpəz"

23

3

4

16

14-37

13

Cədvəldən göründüyü kimi, Tərlan Əhmədovlu "Neftçi" təkcə xalların sayında deyil, digər göstəricilərdə də sıçrayışlı nəticələr göstərib: Qələbələrin sayında yalnız "Qarabağ"dan, vurulan topların sayında yalnız "Qəbələ"dən, buraxılan topların sayında isə yalnız "Qarabağ" və "Qəbələ"dən geri.

Məntiqlə baxsaq, bu cür nəticələr qazanmış məşqşi ilə müqavənin müddətinin artırılması barədə danışıqlar aparmaq üçün yollar axtarılmalıdır. Mətbuatda çıxan yazılar isə başqa şeydən xəbər verir. Bu yazılar Tərlan Əhmədovu gözdən salmaq məqsədi güdür. Əgər bunlar klub rəhbırliyinin sifarişi ilə edilirsə, onda təəssüflənməkdən başqa bir şey qalmır. Axı, Tərlan Əhmədovun müqaviləsi başa çatır, onunla ayrılmaq üçün sadəcə vaxtı gözləmək yetərlidir.

Bəlkə də klub rəhbərliyinin bu yazılardan xəbəri yoxdur. Onda da jurnalistikamızın günənə ağlamalı olacağıq. Qərəzlə fakta qalib gəlmək mümkün deyil. Əlahəzrət faktlar isə Tərlan Əhmədovun xeyrinədir.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

Oxundu: 582