ƏLİ ÇƏRKƏZOĞLU

Bu gün matəm günüdür

Bu gün matəm günüdür

ƏLİ ÇƏRKƏZOĞLU

Qarğışımız özümüzü tutub elə bil: “Günün qara gəlsin!” Təqvimi qabağınıza qoyub baxın və görün ki, nə qədər günümüz qara gəlib. 20 yanvardan başlayan faciələr, fəlakətlər ilin sonuna qədər bir-birini izləyir. Şəhər və rayonlaımızın işğalı, vertalyotumuzun vurulması, soyqırımlar, deportasiyalar, uğursuz hərbi əməliyyatlar və daha nələr, nələr... İki yüz ilə yaxındır ki, bu coğrafiyaya müsəllət edilmiş məkrli bir qövmün əli ilə həyatımız zəhərə dönüb. Təqvimimizə yaxşı baxın, görəcəksiniz ki, qara dediyimiz bütün göstəricilər həmin o məkrli qövmün “əsərləridir”. Son əsrlərdə başımıza gələn bəlalar erməni əli ilə gəlir, yəni erməni adı artıq bizim üçün bəladan, düşməndən başqa bir anlam ifadə eləmir... Onu da boynumuza alaq ki, tarixin müəyyən mərhələlərində bizim bu bəlanı aradan qaldırmaq imkanımız olsa da qətiyyətli addım ata bilməmişik. Adını da qoymuşuq ki, biz humanist xalqıq, ya da düşmənin arxasında dayanmış daha alçaq, daha məkrli güclərdən çəkinmişik. Amma hadisələrin gedişi göstərir ki, bu zamana qədər itirdiklərimizi geri almasaq, bu coğrafiyada varlığımız şübhə altına düşəcək. Ona görə də o günə, o savaşa hazırlaşmaq həm dini, həm mənəvi, həm də hüquqi baxımdan bizim boynumuzun borcudur.

İndi isə təqvimimizin qara günlərindən danışmaq istəyirəm. Mənə elə gəlir ki, biz bütün qara günlərimizi bir günə toplamalı və o günə də ad verməliyik, qisas günü, intiqam günü kimi. Qarabağ savaşında bizim ən ağır məğlubiyyətimiz Şuşanın əldən verilməsi oldu. Şuşanın getməsi əslində Azərbaycanın belinin qırılması idi və biz o ağrını yaşadıq, yaşamaqdayıq. Şuşadan sonra hər şey halqası qırılmış zəncir kimi çözüldü. Ona görə də təqvimin ən qara günü deyəndə ağla gələn ilk gün 8 may olur. Bəli, 8 may bizim matəm günümüzdür. Təbii ki, bu Vətəni, bu xalqı sevənləri nəzərdə tuturuq, yoxsa arvadı, gəlini, kürəkəni erməniləri deyil. Bu yaxınlarda Moskvadakı diasporumuza rəhbərlik edən, qızını erməniyə ərə verən, hələ bu azmış kimi arvadının da erməni olduğunu və bunu rəhbərlikdə hər kəsin bildiyini deyən birisindən o milli təəssübü gözləmək cəfəngiyyatdır. Bu məsələ, həqiqətən də, çox böyük skandaldır və ona ciddi reaksiya verilməməsi ondan da böyük xəyanət sayılmalıdır. Bu məmləkətdə erməni əli ilə minlərlə uşaq yetim, gəlin dul, valideyn övladsız qalıb. Xocalıda başımıza gətirilənlər unudulacaq şeylər deyil və onları unutmaq şərəfsizlikdir. İndi birisi evini ermənilərə açır, ocağının başında düşmənimizi oturdur, sonra da bu milləti təmsil eləmək iddiasına düşür. Hər kəs də gözünü döyüb baxır. Bu hadisəyə laqeyd qala bilmək üçün arsız, namussuz olmaq lazımdır. Kim kimi alır, kim kimə gedir, özü bilsin, Allahı bilsin, amma o adam həddini də bilsin, yerini də bilsin. Bu xalq öz namusunu qorumağı, təəssübünü çəkməyi bacarmalıdır, yəni elələrini öz sırasından da, torpağından da silib atmalıdır.

Qayıdaq mövzumuza. Bu gün mayın 8-dir, yəni matəm günümüzdür. Bu gün təkcə Şuşanın deyil, Ağdamın da, Füzulinin də, Zəngilanın da.., itirdiyimiz bütün ünvanlarımızın matəmidir. Bu gün qisas günüdür, intiqam günüdür. Biz bu gün tariximizə vurulmuş bu qara ləkəni silmək üçün hazırlaşmalıyıq. Biz bu vəzifəni yerinə yetirmədikcə mahal-mahal kiçiləcək, başımıza gələn bəlaları nəsildən-nəslə ötürəcəyik.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top