Murad Dadaşov ona "Xalq artisti" adı verilməsindən danışdı

Deputat: Qızıma "Xalq artisti" adı verildiyinə görə çox sevinirəm

Biləsuvarda 16 yaşlı nişanlı qız özünü asıb

bazar, 27 may 2018
TR EN RU

Menu

bazar, 27 may 2018
EN TR RU

Yazarlar

Anar Qaraxançallı

Ən şəffaf sistemdə 4 milyard vəsait necə ələ keçirilə bilir?

10.01.2018 16:03

Putinin 2003-cü ildə verdiyi bir açıqlamaya baxıram. Deyir ki, bir insanın 2 dəfədən çox Prezident seçilməsinə neqativ baxıram. Davam edir; kimliyindən və göstərdiyi xidmətin səviyyəsindən asılı olmayaraq heç kim konstitusiyanın üstündə deyil, olmamalıdır. 15 il əvvəl bu sözləri deyən də Putindir, bu gün o kresloda oturan da. Hansı Putinə inanmaq olar?

Lord Con Aktonu məşhur edən bir ifadəsi var: Güc insan əxlaqını pozur, mütləq güc insan əxlaqını mütləq pozur. Haqlılıq payı yüksəkdir bu ifadənin. Pozulmanın olmaması üçün gərək insan çox yüksək əxlaqi dəyərlər ehtiva etsin, yaşasın. Praktika göstərir ki, belə insanların sayı 1%-dən də aşağıdır. Ona görə də demokratik ölkələr bu pozulmanı önləmək üçün qanunun aliliyini təmin ediblər. Qanunlar da şəxslərin deyil, ümumun mənfəətinə görə formalaşıb. Seçilən və ya təyin olunan insanlar da o qanunlar çərçivəsində hərəkət etməyə meyilli olurlar. Çünki leqal olmayan hər addımın qarşılığı var. Çoxu da qanunsuzluq etmək istəmir.

Qeyri-demokratik ölkələrdə isə qurumlar, vəzifələr zamanla mülkiyyətə çevrilir. Hər gələn mövcudları düşmən hesab edir, özününküləri gətirir. Getməyi heç düşünmür. Ancaq göndərilə bilər. Göndəriləndə də gətirdikləri ilə birlikdə gedir. Nəticədə, gördüyü işin keyfiyyətindən çox onu o vəzifəyə gətirən adamın razılığını əldə etmək daha həyati önəm daşıyır. Beləcə, qısır, faydasız döngü əmələ gəlir.

Bu yaxınlarda ölkədə vergilər naziri vəzifəsindən azad edildi. Adamın göndərilməsi ilə birlikdə əleyhinə yazı kampaniyası başladı. Nələr yazıldı, nələr?! Evlər, villalar, xaricdə mülklər, sovrulan milyardlar... Diqqətimi çəkən bir məqam var. Qurumlar arasında, bəlkə də, ən yüksək səviyyədə elektronlaşan, müasir tələblərə cavab verən vergilər nazirliyidir. Mükəmməl, şəffaf sistem qurulub. 20 milyard büdcəsi olan ölkədə, belə şəffaf sistemdə 4 milyard vəsait necə ələ keçirilə bilir, əgər iddialar doğru isə? Əgər bu sualın cavabını tapa bilsək, o zaman ölkədə maaş ortalamasının Ermənistandan niyə və necə aşağı olmasının da səbəbini tapacağıq.

Başqa bir anormallıq. Bir vətəndaş hər hansı bir problemlə üzləşir. Normal ölkələrdə əlaqədar qurumlar qanun çərçivəsində lazımi tədbirlər görürlər. Görülməsə, vətəndaş hüququnu müəyyən olunmuş yollarla müdafiə edə bilir. Bizdə bir az fərqlidir. Vətəndaş kimsəsizdirsə, ortada qalma ehtimalı var. Ancaq məsələ bir şəkildə ictimailəşsə, o zaman o vətəndaşın problemi həll ola bilər. Ya da biri çıxıb həmin vətəndaşa nə isə bağışlaya bilər, bununla da onun problemini həll edə bilər. Niyə vətəndaşa kimsə nə isə bağışlamalıdır? Niyə yaşanan problemlərin kökünə baxılmır? Çünki, bir problemi həll etmək üçün əvvəla onun varlığını qəbul etmək lazımdır. Bizdə isə tam tərsinədir. Problemin olduğunu heç kim qəbul eləmir. Hər kəs oturduğu qurumun mükəmməl olduğuna, mükəmməl işlədiyinə başqalarını inandırmağa çalışır. Səbəbi də, qurumların zamanla mülkiyyətə çevrilməsidir.

Süleymana qalmayan dünya heç kimə qalmaz.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 642