Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

Yazarlar

Əziz Mustafa

Həmsədrlər nəyə gəlirlər?

01.06.2017 18:10

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi qüsmində çıxış edən ATƏT Minsk Qrupu həmsədrlərinin yaxın vaxtlarda münaqişə bölgəsinə gözlənilən səfəri ətrafında indidən özünəməxsus şəkildə ajiotaj hiss edilməkdədir. Bu da təsadüfi deyil. Belə ki, 24 il ərzində münaqişə bölgəsində guya vasitəçi rolunda çıxış edən həmsədrlər faktiki olaraq problemin aradan qaldırılmasında hər hansı addım atmayıblar. Daha dəqiq desək, onlar sözün əsl mənasında iş görə, təcavüzkarı işğal etdiyi torpaqları azad etməyə məcbur edə bilməyiblər və belə demək mümkünsə özlərinəməxsus oyun oynamaqla məşğul olublar. Hər dəfə də həmsədrlər iki ölkə prezidentlərinin və ya xarici işlər nazirlərinin görüşünü təşkil etmək, münaqişənin yaxın vaxtlarda həll ediləcəyinə dair "ümidverici" bəyanatlar verməklə işlərini bitmiş hesab ediblər. Təbii ki, sonralar həmsədrlərin bu oyunu da keçmədi və onlar münaqişənin həllində fəaliyyətsizliklərini ört-basdır etmək üçün problemin aradan qaldırılmasının münaqişədə olan tərəflərin rəhbərlərindən asılı olduğunu gündəmə gətirdilər. Amma belə yerdə adam soruşmaq istəyir: Əgər münaqişənin həlli tərəflərin özlərindən asılı idisə, bəs onda vasitəçilik missiyasını öz üzərinizə niyə götürürdünüz? Çünki ATƏT MQ məhz tərəflərin özlərinin həll edə bilmədiyi münaqişənin aradan qaldırılmasına yardım etmək, onları ortaq məxrəcə gətirmək üçün yaradılıb. Üstəlik ATƏT Minsk Qpunun əlində münaqişənin həlli ilə bağlı işğal edilmiş torpaqlarımızın azad edilməsini nəzərdə tutan 4 qətnamə vardı. Əslində münaqişə də bu qətnamələrdə nəzərdə tutulan şəkildə həllini tapmalı idi. Amma tapılmadı və daha doğrusu həmsədr ölkələr hər vasitə ilə münaqişə bölgəsində status-kvonun qorunub saxlanılmasına xidmət edən siyasəti işə saldılar. Məqsəd isə təcavüzkar və işğalçı Ermənistana pərdə arxasından dəstək vermək və bu yolla işğal altındakı ərazilərin ilhaqına imkan yaratmaq, Azərbaycanı güzəşətə getməyə məcbur etmək idi. Məhz belə bir siyasət isə sonda danışıqların dalana dirənməsinə gətirib çıxardı. Üstəlik ötən il cəbhədə baş verən aprel döyüşlərindən sonra həmsədrlər açıq şəkildə Ermənistanın maraqlarını müdafiə etməyə başlayıblar. Hər halda ötən ay münaqişə bölgəsində Azərbaycan tərədindən Ermənistanın işğal etdiyi torpaqlarımızda yerləşdirdiyi "Osa" zenit raket kompleksininn məhv edilməsindən sonra həmsədrlərin atəşkəsin pozulmasına görə verdikləri bəyanatda günahı Azərbaycanın üzərinə atmağa çalışmalarında da bunu görmək mümkündür. Həmsüdrlərin regiona bu dəfəki səfəri ərəfəsində Azərbaycan qoşunların təmas xəttində müşahidəçilərin sayının artırılmasına razlıq verib. Həmsədrlər və onların dəstəklədikləri Ermənistanda belə hesab edirlər ki, müşahidəçilərin sayının artırılması atəşkəsin pozulmasının günahkarlarının üzə çıxarılmasına yardım edəcək. İndidən də atəşkəsin guya müntəzəm olaraq Azərbaycan tərəfindən pozulduğu barədə Ermənistanda rəy yaradılmaqdadır. Hər halda həmsədrlərin atəşkəsin pozulmasında Azərbaycanı "günahlandırmasından" sonra Ermənistanda belə demək mümkünsə ölkəmizin cəzalandırıla bilməsi barədə rəy formalaşdırıb. Həmsədrlərin regiona səfəri zamanı təbii ki, münaqişə bölgəsində müşahidəçilərin sayının artırılması ilə yanaşı iki ölk prezidentlərinin görüşünün təşkilinin də müzakirə ediləcəyi ehtimal edilir. Amma "vasitəçilərin" buna nail ola biləcəyi də inandırıcı görünmür. Çünki Ermənistanın işğal etdiyi torpaqlarımızı azad etmək istəmək niyyətində olmadığı və üstəlik həmsədrlərin mövcud status-kvonu hər vasitə ilə qoruyub saxlamaq siyasəti nümayiş etdirdikləri bir vaxtda çətin ki, iki ölkə prezidentlərinin görüşü nəyi isə həll edə bilsin. Buraya Ermənistanın de-fakto müstəqil olmadığını və Rusiyanın razılığı olmadan hər hansı addım ata bilmədiyini də əlavə edəndə faktiki olaraq iki ölkə prezidentlərinin görüşünə hansısa ehtiyacın qalmadığını ehtimal etmək olar. Belə bir vəziyyətdə sual ortaya çıxır: həmsədrlər münaqişə bölgəsinə nəyə gəlirlər? Çünki onsuz da onların münaqişə bölgəsinə növbəti səfərləri də problemin həllinə yardım etməyəcək...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

Oxundu: 198