ALLAHVERDİ AYDIN

Erməni bizi məscidlərə yığıb yandıranda, biz “1905-ci ildə” yazırdıq...

Erməni bizi məscidlərə yığıb yandıranda, biz “1905-ci ildə” yazırdıq...

ALLAHVERDİ AYDIN

Ermənilər biz türklərin nəyə qadir olduğunu yaxşı bilirlər. Ermənilər bizi özlərindən də yaxşı tanıyırlar. Hətta onlar on ildən sonra bizim nə edə biləcəyimizi belə dəqiqliklə hesablaya bilirlər. Elə ona görədir ki, başımıza rahatlıqla istədikləri oyunu açırlar. Biz Xocalı soyqırımını dünyaya tanıtmaq üçün dəridən-qabıqdan çıxırıq. Dövlət strukturları, QHT-lər, mətbuat, ayrı-ayrı vətəndaşlar, diaspora təşkilatlarımız, bir sözlə pasportunda azərbaycanlı və türk yazılan hər kəs Xocalı soyqırımının tanıtımı ilə məşğuldur. Biz Xocalı soyqrımını dünyaya tanıtmaq üçün milyonlarla vəsait xərcləyib kitablar, broşürlər çap edirik, filmlər hazırlayırıq. Qarşılığında nə görürük? Dünya dövlətləri 1915-ci il qondarma erməni soyqırımını tanıyırlar. Ermənilər “1915-ci il” yalanını dünyanın “bərkgedən” dövlətlərinə - Fransaya, Almaniyaya, İtaliyaya, Rusiyaya, İsveçrəyə, Braziliyaya qəbul elətdirə biliblər. Amma biz burdan-bura Xocalı soyqrımını qardaş dediyimiz Türkiyəyə qəbul etdirə bilmirik.

Bu gün elə bir azərbaycanlı yoxdur ki, onun ən azından bir qohumu, bir tanışı ermənilər tərəfindən öldürülməsin. Dədələrimizin, babalarımızın torpaqları üzərində özlərinə dövlət qurublar. Son 200 ildir ermənilər bizə qarşı açıq şəkildə hücuma keçiblər. İrəvan, Göyçə, Zəngəzur, Qarabağ əldən gedib. 1905, 1915, 1918, 1937, 1948-53, 1988, 1992-94-cü illərdə neçə milyonumuz ermənilər tərəfindən öldürülüb? Biz, 200 ildir ermənilərə məğlub ola-ola gəlirik. Bəs biz necə, 200 il ərzində neçə kəndimizi erməni işğalından azad etmişik? Ermənilərlə mübarizədə əldə etdiyimiz nəticələr onu göstərir ki, bu günə qədər etdiklərimiz yanlış olub. Bizim yanlışlarımız nədir? Torpaqlarımız niyə işğal olunur? Dünya ermənilərə niyə dəstək verir? Hesab edirəm ki, bütün bu yanlışların günahı özümüzdədir. Çünki...

-Biz özümüzü ermənidən güclü hesab edirik. Ermənilər türklərin 1,5 milyon ermənini öldürdüyünü o qədər təkrarlayıblar ki, artıq biz özümüz də buna inanmağa başlamışıq. Erməni təbliğatından qaza gəlib, “lazım gəlsə, milyon yarımını da 21-ci əsrdə qırarıq”, havası ilə yaşayırıq. Halbuki, 20-ci əsrdə türklər erməniləri deyil, tam tərsinə, ermənilər milyon yarım türkü öldürüb.

-Biz nədənsə ermənilərə qarşı çox rəhmliyik. Onların pisliyini tez unuduruq. Əlbəttə rəhmli olmaq yaxşıdır, amma düşmənə qarşı deyil. Heç vaxt ilk atəşi biz açmamışıq. Bütün hallarda düşməni cavab atəşi ilə susdurmağa çalışmışıq. Erməni bizi məscidlərə yığıb yandıranda, biz “1905-ci ildə” yazırdıq.

-Ermənilərin bütün qələbələrini onların ilk qələbəsi kimi qəbul edirik. Həm də özümüzün ilk məğlubiyyətimiz kimi. Sanki daha əvvəllər ermənilərə məğlub olmamışıq. Guya, Qarabağdan əvvəl ermənilər başqa torpaqlarımızı işğal etməyiblər. Guya, Xocalı soyqırımından əvvəl ermənilər bizim yanımızdan belə keçməyiblər.

-Əvvəlcə, “Erməni soyqırımını” qəbul etsəniz, münasibətlərimiz korlanacaq, sizinlə alver etməyəcəyik, sizə hərbi-siyasi dəstək verməyəcəyik”, -deyirik. Deyirik, amma əməl etmirik. Artıq dünya bizi dişinə vurub. Bizi ciddi qəbul etmirlər. Çünki dediyimiz sözün üstündə durmuruq.

-Biz erməniləri “öldürürük”, sonra ermənini “öldürənləri” də öldürürük. “1,5 milyon ermənini öldürən” Ənvər və Tələt paşalara ölüm hökmünü biz kəsmədikmi?

Bu yanlışlar saymaqla qurtarmaz. O yanlışlardan xilas olmasaq, heç nə düzəlməyəcək. 200 ildir müdafiə olunmağa çalışırıq. Hücum etmək bir dəfə də olsun ağlımızdan keçməyib.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top