Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

Yazarlar

Əziz Mustafa

Azərbaycanın BMT-yə üzv olması tarixi hadisə oldu

01.01.2017 16:20

25 il bundan əvvəl Azərbaycan tarixində ən önəmli hadisələrdən biri baş verdi. 1992-ci il mart ayının 2-də BMT tərəfindən Azərbaycanın müstəqilliyi Dağlıq Qarabağ da daxil olmaqla onun mövcud sərhədləri daxilində tanındı. Bu ilk növbədə 71 illik müstəmləkə zülmündən sonra müstəqilliyini əldə edən Azərbaycanın yenidən dünyanın siyası arenasında özünün layiqli yerini tutması, azadlıq mübarizəsi tarixində ən parlaq səhifələrdən biri idi. Amma təbii ki, Azərbaycanın müstəqilliyinin BMT tərəfindən tanınması çox ağır bir vaxta düşmüşdü və bu hadisədən cəmisi 3-4 gün əvvəl erməni faşistləri Rusiya hərbçilərinin yardımı ilə Xocalıda dinc insanlara qarşı soyqırımı törətmişdilər.

Faktiki olaraq Azəbaycan BMT-yə üzv qəbul edilərkən Ermənistanın təcavüzü ilə üz-üzə qalmışdı. Həmin dövrdə Ermənistan xarici güclərin yardımı ilə Azərbaycan ərazilərinin işğal edilməsi niyyətlərini həyata keçirirdi. Belə bir vəziyyətdə Azərbaycanın haqq səsini dünyaya çatdırması, Ermənistanın təcavüzkarlığını ifşa etməsi üçün BMT-yə vzv olması xüsusi əhəmiyyət daşıyırdı. Bu müstəvidə də Azərbaycan BMT-yə indiki sərhədləri daxilində üzv oldu və bu sərhədlər beynəlxalq aləm tərəfindən tanındı. Bu isə Azərbaycana Ermənistanın ərazilərimizi zorla ilhaq etməsi və buna qanuni don geydirmə niyyətlərini boşa çıxarmağa imkan verdi. Eyni zamanda BMT-yə üzv olmaq Azərbaycanın qarşısında beynəlxalq aləmlə daha geniş iqtisadi, siyasi inteqrasiyaya nail olması və sivil, demokratik dövlət quruculuğunda beynəlxalq təcrübədən istifadə etməsi üçün geniş perspektivlər açdı. Nəhayət Azərbaycan BMT-yə üzv olmaqla beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinin təhlükəsizliyinin təmini və işğal edilmiş ərazilərimizin azad edilməsi məsələsini beynəlxalq səviyyədə qaldırılması fürsəti əldə etdi. Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin ilk faydasını bundan təxminən 13-14 ay sonra gördü. Belə ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar 1993-cü ildə BMT TŞ tərəfindən ölkəmizin ərazi bütövlüyünü tanıyan və işğal edilmiş torpaqlarımızın azad edilməsini tələb edən 4 qətnamə qəbul edildi. Bu isə Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün bir hüquqi baza rolunu oynamağa başladı. Əlbəttə, yenə də təəssüflər olsun ki, o dövrdə beynəlxalq aləmdə Ermənistanı dəstəkləyən dövlətlər ictimai rəyi aldatmaq və münaqişənin həllini uzatmaq, Azərbaycanı işğalla barışmağa razı salmaq məqsədi ilə ATƏT kartından istifadəni gündəmə gətirdilər. Bu müstəvidə də münaqişənin həlli üçün yaradılan ATƏT Minsk Qrupu ilk günlərdən işğalçıya müxtəlif yollarla dəstək verməyə başladı. Bu isə günümüzə kimi münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə imkan verməyib. Bununla bərabər Ermənistanın BMT TŞ-nin 4 məlum qətnaməsinə məhəl qoymamasının bir səbəbi də şübhəsiz ki, bu qurumda ağalıq edən TŞ-nin 5 daimi üzvünün beynəlxalq aləmdə baş verən münaqişələrə münasibətdə ikili standartlardan çıxış etməsidir. Digər tərəfdən də BMT-də qəbul edilən qətnamələrin işləmə mexanizminin olmaması ermənilərin bu sənədə məhəl qoymamasına və bununla da adı çəkilən quruma açıq şəkildə meydan oxumasına gətirib çıxarıb. Qeyd edək ki, bu amil yalnız Azərbaycana aid deyil. BMT-də digər məsələlərlə bağlı da çoxlu sayda qətnamələr qəbul edilib, lakin onların da yerinə yetirilməsi ilk növbədə BMT TŞ-nin 5 daimi üzvünün adı çəkilən məsələyə münasibətdə mövqelərinin uzlaşıb -uzlaşmamasından asılı olub. Səbəbi də qeyd etdiyimiz kimi qəbul edilən qətnamələrin işləmə mexanizminin olmamasıdır. Bu baxımdan zənnimizcə BMT-nin fəaliyyətinin təkmilləşdirilməsinə böyük ehtiyac duyulur. Yeri gəlmişkən xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzünün monopoliyasında olması dünyanın əksər ölkələri tərəfindən son illərdə dəfələrlə tənqid edilib və onun təkmilləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Amma bütün hallarda hazırda BMT-nin mövculuğu beynəlxalq aləmdə daha qlobal toqquşmaların, sərhədlərin zorla dəyişdirilməsi cəhdlərinin qarşısını qismən də olsa almağa imkan verir.

Buna paralel olaraq BMT-də qəbul edilən qərarlar və ya qətnamələr beynəlxalq əhəmiyyət daşıyır və hüquqi qüvvəyə malik olan bir sənəd kimi tanınırlar. Bu isə dünyada özbaşınalığın baş verməməsi üçün çox önəmli faktdır və bu amili unutmaq düzgün olmazdı... Yəni istənilən halda Azərbaycan BMT-yə üzv olmaqla müstəqil dövlət kimi dünyanın siyası arenasına çıxdı və müstəqillik yollarında uğurla irəliləməyə başladı. Bu illər ərzində Azərbaycanın beynəlxalq aləmə sıx inteqrasiyasına yol açan neft və qaz kəmərlərinin istifadəyə verilməsi, iqtisadi və hərbi cahədə güclənməyimizə, sivil dövlət quruculuğu prosesini uğurla həyata keçirməyimizə imkan verib. Bu çərçivədə də də beynəlxalq aləmdə Ermənistanın işğalçılıq siyasətinin bəzi super güclər tərəfindən dəstəklənməsinə baxmayaraq düşmən tapdağı altında olan ərazilərimizin azad ediləcəyi gün də uzaqda deyil...

Oxundu: 539