Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

Yazarlar

Allahverdi Aydın

Test

07.04.2018 12:43

1. Gömrük dəyəri 4 qəpik olan Rusiya kartofunun bir kiloqramı bazarlarda neçəyə satılır?

a) 10 qəpik

b) 60 qəpik

c) Pulsuz paylanır

2. 90 nəfər işçisi olan bir qurum üçün 26 mərtəbəli ofis binası hansı ölkədə inşa olunub?

a) ABŞ-da

b) Azərbaycanda

c) Heç bir ölkədə belə bir bina yoxdur

3. Hansı ölkənin Gömrük Xidməti doğru deyir?

a) Azərbaycan Dövlət Gömrük Komitəsi: "2017-ci ildə Gürcüstandan 74,1 milyon dollar dəyərində məhsul almışıq"

b) Gürcüstan Dövlət Gömrük İdarəsi: "2017-ci ildə Azərbaycana 272,2 milyon dollar dəyərində məhsul satmışıq"

c) Heç biri

4. 1,5 milyard manata nə etmək olar?

a) Stadion tikmək olar

b) 100-lərlə insanın işləyə biləcəyi istehsal müəssisəsi açmaq olar

c) Göstərilən məbləğə həm stadion, həm də istehsal müəssisəsi inşa etmək olar

5. Yol inşaatı zamanı kanalizasiya xəttinin çəkilməsi, drenaj sisteminin qurulması və asfalt salınması hansı ardıcıllıqla həyata keçirilməlidir?

a) Kanalizasiya xətti, drenaj sistemi, asfalt salınması,

b) Asfalt salınması, kanalizasiya xətti, drenaj sistemi

c) Bu işlərin ardıcıllıqla həyata keçirilməsinə ehtiyac yoxdur

6. O nədir ki, qiyməti Azərbaycan ərazisinə daxil olan kimi 3 dəfə bahalanır?

a) Avtomobil

b) Banan

c) Hər ikisi

5. Dövlət məmuru hansı halda vəzifədən kənarlaşmış hesab olunur?

a) İstefa verdikdə, pensiya yaşına çatdıqda

b) Həbs olunduqda, öldükdə

c) Heç biri

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

Oxundu: 205