Üz kremi oğurlayan ispaniyalı məmur istefa verdi VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

"O bədbəxtin büdcəsi var idi ki, yesin də?" - Hacı İbrahim qardaşının müdafiəsinə qalxdı

Cümə axşamı, 26 aprel 2018
TR EN RU

Menu

Cümə axşamı, 26 aprel 2018
EN TR RU

Yazarlar

Nicat İntiqam

Dollar krediti olanlara güzəşt söhbəti

10.11.2017 17:54

"Facebook" hesabını bağlayıb sosial şəbəkələrdən imtina edənlərin sayı artır. Yalan xəbərlərin ən çox yayıldığı yerdir hazırda sosial şəbəkələr. Yalandan bir "məlumat" yazıb, sosial şəbəkələr vasitəsi ilə yarım saatın içində kütləviləşdirmək mümkündür. Tutaq ki, bir sayt yalan, kimisə qaralamaq məqsədi ilə xəbər yazıb, ola bilər ki, insanlar girib orada onu oxumasınlar, amma həmin xəbər sosial şəbəkələrdə, qruplarda paylaşılandan sonra minlərlə insan görür. Çox təəssüf ki, son illər insanların heysiyyəti ilə oynayan, onları narahat edən məsələlərlə bağlı da yalan xəbərlər sosial şəbəkələrdə bizə məlum olmayan məqsədlərlə yayılır.

Heç yadımdan çıxmır - sonuncu devalvasiya vaxtı saytımızın əməkdaşlarından biri ilə paytaxt bazarlarında sorğuya çıxmışdıq. İnsanların alıcılıq qabiliyyəti, məhsulların qiyməti ilə bağlı həm alıcıların, həm də satıcıların fikrini öyrənirdik.

Başında panama papaq, yaşı 50-dən çox olan ortayaşlı bir nəfər dolanışıqla bağlı sualımıza çox ağrılı cavab verdi, onun da dollar krediti var imiş. Bir neçə dəqiqəlik cavabdan sonra qardaş dedi ki, bəs Azərbaycan hökuməti dollar kreditləri ilə bağlı camaata güzəşt edib. Eşitdiklərimizə təəccübləndiyimizi görüb onu da əlavə etdi ki, bəs bu barədə radioda eşidib. Lap təəccübləndiyimizi görən qardaş bir az düşünəndən sonra, fikirlərinə düzəliş etdi ki, yox, səhv edir, bu barədə nəvəsi internetdə xəbər oxuyub və ona məlumat verib. Ona dedik ki, ağsaqqal, çox da ümid eləmə, sosial şəbəkədə yazılan hər şey düz olmur, dedi yox, bəs siz bilmirsiniz, qərar yaxın vaxtlarda açıqlanacaq.

Həmin vaxtdan 2 il ötür.

Həmin ərəfədə hökumətin dollar krediti olanlara güzəşt edəcəyi ilə bağlı hamı danışırdı və iddia olunurdu ki, kreditlər köhnə məzənnə ilə hesablanacaq. Amma olmadı.

Bakıda ailələr var ki, devalvasiyadan öncə tikinti şirkətlərindən dollar krediti ilə 3 otaqlı mənzil alıblar və onlara güzəşt olunmayıb. Devalvasiyadan sonrakı məzənnə ilə hesablayanda həmin ailələrə 3 otaqlı mənzil təxminən 6-7 otaqlı mənzilin qiymətinə başa gələcək. Mənzil sahibləri indiyədək xeyli məbləği ödəyiblər deyə, geri çəkilə də bilmirlər. İlk vaxtlar onları da ümidləndirmişdilər ki, güzəşt olacaq, amma heç nə dəyişmədi.

Bu yaxınlarda Aİ 92 markalı benzinin qiyməti bahalaşanda sürücülər çox təəssüfləndilər. Hətta ilk günlərdə şəxsi maşından imtina edib avtobusla gedib-gələnlər də oldu. Lakin sonra hər şey adiləşdi. Həmin vaxt sosial şəbəkələrdə bu mövzuda xeyli sərt müzakirələr aparıldı, sərt tənqidlər səsləndirildi, insanların həyat şəraitinə mənfi təsir edəcəyi bildirildi. Sonra qəfil sosial şəbəkələrdə məlumat yayıldı ki, bəs dövlət başçısı xaricdədir, gəlib benzinin qiymətinə müdaxilə edəcək. Halbuki bu mövzuda rəsmi açıqlama yox idi, yəni dövlət səviyyəsində, hökumət səviyyəsində dövlət başçısının benzinin bahalaşması ilə bağlı Tarif Şurasının qərarını ləğv edəcəyi barədə hər hansı məlumat yayılmamışdı. Kifayət qədər ciddi hesab olunan saytların birində bu mövzuda xəbər yayıldı və sosial şəbəkələrdə paylaşıldı. Hətta mobil telefonlar vasitəsi ilə bu xəbərin fotosunu bir-birinə göndərənlər də var idi. Amma təbii ki, rəsmi olmayan bu məlumat təsdiqini tapmadı. Bəs elə isə bu xəbərin yayılmasında, ictimailəşdirilməsində kimlər maraqlı idi? Xəbəri ortaya kimlər atmışdı?

Ola bilər ki, belə hadisələr yenə də təkrarlanar, amma çalışın rəsmi təsdiqini tapmayana qədər paylaşmayın, sevinməyə tələsməyin. Bilin ki, ya kimsə öz saytına İP yığmaq istəyir, ya da bu məlumat məqsədli şəkildə ortaya atılıb...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 378