Rəngsaz olub getmişik
27.06.2017 15:55
Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm, bu gün kim udub, kim uduzacaq. Məndən 3 qat yuxarıda yaşayan Səbzəli kişi qonşu məhəllənin sakini Qüdrətlə oynayırdı. Qalanlar dövrə vurub him-cimlə oyunu qızışdırır, növbə gözləyirdilər.
- Zər, mən ölüm, bir dübir.
- Ya zər, mənə yeklər ver, Qüdrətin adının üstündən bir xətt çəkim.
Zər bu dəfə etimadı doğrultdu. Bununla da oyunun taleyi həll olundu. Səbzəli növbəti rəqibini səslədi.
Həsənbala yerini tutmaq istəyirdi ki, Səbzəli Nazim müəllimi görüb dilləndi:
- Müəllim, can bir qəfəsdə olduğunuz Sədyar gözümə dəymir e... olmaya xəstədir?
Həsənbala ovcunda zərləri oynada-oynada dedi:
- Xəstə deyil... Ötən il vəfat etmiş qohumunun Qara bayramına gedib... İndi harada olsa, gələr...
Səbzəli ona Nazim müəllimə üzünü tutub ona belə bir sualla müraciət etdi:
- Ay müəllim, Məşədi İbad demişkən, mən "Tarixi-Nadir"i yarıya qədər oxumuşam, İslam dinində və tarixində Qara bayram deyilən bir şeyə rast gəlməmişəm axı...Sən məndən də çox oxumuş adamsan, bir mənə de görüm, məgər bayramın da qarası, ağı olur?
Nazim müəllim:
- Elə mən də sənin kimi fikirlərşirəm.
- Şeş qoşa… Ay zər, belə ver, Səbzəlinin əl-ayağını yığışdırım...
Bayaqdan bəri oyunu maraqla izləyən İbrahim söhbətə qoşuldu:
- Biz hələ tarixən hər şeyi rəngləyə-rəngləyə gəlirik də... Hətta uğursuzluqlarımızı da elə rəngləyirik ki... Bir sözlə, rəngsaz olub getmişik.
Qurban dayı söz atdı:
- Ay kişilər, nərdinizi atın da...
Zərləri atmağa hazırlaşan Səbzəli onu diqqətlə süzüb başını bulaya-bulaya dilləndi:
- Ay kişi, hərdən belə söhbətlər də lazımdır. Nə vaxta qədə boş-boş söhbətlərə görə baş sındıracağıq?
Qurban dayı yenə söz atdı:
- Bərəkallah, Xasay müəllim...
Onun bu sözləri Zəbzəlinin sanki dərdini təzələdi:
- Xasay dedin, yeni qonşumuz Gəray yadıma düşdü... Neçə gündür o da gözümə dəymir e...
- Görünməz də... Nə tez yadından çıxdı? Cırıq cins şalvar geyindiyinə görə onu bir həftə əvvəl elə buradaca quru yuyub yaş sərmədinmi? Qonşularım demişkən, onu rəngləmədinmi? Görünür, buna görə bizdən inciyib...
Zəbzəli fikrindən dönmədi:
- Buna görə inciyibsə, qoy incisin...Vallah, mən cırıq, el dilincə desək, it ağzından çıxan şalvar geyinənləri anlaya bilmirəm. Bunu hələ Avropa üslubu da adlandırırlar. Bu cür geyim mənə görə qəbulolunmazdır. Avropadan bundan daha yaxşı şeylər götürmək olar da... Belələrinə elə gəlir ki, cırıq şalvar geyinməklə müasirləşirlər. Amma düşünmürlər ki, müasirləşmə beyində, intellektdə baş verməlidir.
Həsənbala dilləndi:
- A kişi, oyna da...
Zəbzəli zərləri atdı və təəssüflə dodaqaltı mızıldandı:
- Yenə yığanlar... Deyəsən, bu məni lap şikəst qoydu axı...
Bu yerdə Kəramət Zəbzəlinin dediyi "şikəst" sözünü boşa vermədi və yeni bir mövzuya rəvac verdi:
- Elə tarixən belə boş söhbətlərə o qədər baş qoşduq ki, bir də ayılıb gördük, Qarabağ işğal altındadır. Bizimkilər isə iyirmi ildən çoxdur ki, "Qarabağ şikəstəsi"ni bəh-bəhlə millətə təqdim edirlər. Bir də haqqı gözləməklə, "haqq bizim tərəfdədir, o gələcək" deməklə haqq gəlmir ki. Haqq istəyən onun uğrunda cihada çıxır.
Nazim müəllim:
- Bəziləri üçün "Qarabağ şikəstəsi" artıq gəlir mənbəyinə çevrilib e... Bu mahnıdan qazandıqlarını da qatlayıb qoyurlar ciblərinə... Hələ mən indiyədək eşitməmişəm ki, hansısa müğənni ondan əldə etdiyini Qarabağ probleminə yönəltsin... Amma ermənilər...əllərinə düşəni işğal altındakı torpaqlarımıza sərf edirlər.
Bu sözlərdən sonra məhəlləmizdə müğənni kimi tanınan Səbzəli hirslə nərdtaxtanı çırpıb yerindən qalxdı... Nazim müəllim qeyri-ixtiyarı dilləndi:
- Deyəsən, mənim rəngsazlığım xoşuna gəlmədi axı.
Zəbzəli dinmədi.
Müəllifin fikirləri öz mövqeyini əks etdirir
Oxundu: 865
-
27.06.2017 15:55
Rəngsaz olub getmişik
-
07.06.2017 18:09
Dünyanın bizi görməyə gözü yoxdur
-
07.06.2017 15:38
"Allah sənə rəhmət eləsin, Mirzə Cəlil"
-
06.06.2017 18:27
Bəli, 24 ildir ki, "Həmsədrlər gəlirlər" başlıqlı yazılarla çıxış edirik.
-
05.06.2017 17:58
Özünü də elə dartırmış ki, heç eşşək arabanı belə dartmırmış.
-
21.05.2017 16:25
Onlardan söhbət açmaq istəyirəm.
-
20.05.2017 12:51
Kimə lazımdır axı belə şeylər?
-
15.05.2017 16:16
Mən hələ onun səni necə bir vəzifəyə qoyduğunun demirəm.
-
14.05.2017 17:57
Ey yari-bivəfa Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vahan Martirosyan!
-
11.05.2017 18:13
Sabirin hələ də aktual olması heç də yaxşı hal deyil.
-
10.05.2017 19:00
Xahiş edirəm, müdirimizin adını düzgün deyəsiniz, onun adı Faiz yox, Farizdir.
-
29.04.2017 15:28
(Bir kinoteatrın sabiq tamaşaçılarına məktubu)
-
25.04.2017 17:00
Sizi Məstan və Məstanənın toy məclisinə dəvət edirik.
-
20.04.2017 17:41
Mənim qəliz, həm də çətin işlərdən zəhləm gedir.
-
03.04.2017 14:53
Baho, böyük iş olub...
-
02.04.2017 17:05
Ey bu dünyanın ATƏT, BMT, AŞ PA kimi mötəbər qurumları və super dövlətləri!
-
01.04.2017 18:23
Vallah, yaman dəyişirik. Hərçənd bəziləri bunu su ilə, hava ilə əlaqələndirirlər.
-
01.04.2017 17:48
Məncə, ağının (zəhər mənasını verən ağı yox a...) nə olduğunu hər kəs bilir.
-
30.03.2017 18:16
Bu günlərdə bir xəbər diqqətimi cəlb etdi.
-
14.03.2017 17:22
Ay kişi, biri budur ki, məsəl üçün, deyək ki, gedirsən Novruzqabağı bazara və görürsən ki, bütün məhsulların qiymətləri qalxıb ceyran belinə...
-
11.03.2017 18:01
(Topun monoloqu)
-
11.03.2017 17:03
Yığışdılar ki, "Neftçi"nin 80 illiyini qeyd etsinlər.
-
09.03.2017 18:09
- Yox, sən çox yaxşı iş gördün, onu əməlli-başlı tənbeh etdin...
-
09.03.2017 15:07
O gün çayxanada dostum yenə işsizlikdən gileylənməyə başladı:
-
09.03.2017 12:08
Kimi deyir, Novruzda papaq atmaq ənənəsinə son qoymaq lazımdır, çünki papaq ayaq altına atılmaz, o, qeyrət rəmzidir, vaxtilə də qurşaq atılıb, papaq yox.
-
08.03.2017 17:24
Bu dəfə kimsənin bostanına daş atmaq istəmədim.
-
02.03.2017 12:25
Dünən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Almaniya matçında almanlar 3 xalı 4 qolla qazandılar.
-
15.02.2017 17:40
Bəzən eşidirəm ki, indi ev almaq müşkülə çevrilib. Bu boyda da şər olar?
-
14.02.2017 17:05
"Belə də Qırat olar?"
-
09.02.2017 16:29
Vallah-billah, mən heç vaxt qazlı-qazlı danışmamışam.
-
04.02.2017 16:03
Bunun səsi sonra çıxacaq
-
01.02.2017 17:33
Son günlər yenə mədəniyyət aləmimizdə aləm qarışıb.
-
01.02.2017 17:05
İndi hamını bu sual narahat edir.
-
01.02.2017 16:11
Eşitdiyimə görə, bir zamanlar məmləkətimizdə oxumuşları, həm də oxumaq istəyənləri barmaqla göstərirmişlər.
-
30.01.2017 17:11
"Kəpəz"in "baş daşları"
-
20.01.2017 16:58
O gün getmişdim idarələrimizdən birinə şikayətə...
-
18.01.2017 17:34
İndiki kimi yadımdadır.
-
16.01.2017 16:37
Vallah, bu birtəhər yaşamaq deyil? Yanılırsınız, cənablar. Bəs nədir? Tələsməyin...
-
15.01.2017 16:37
İndi hamı özünü savadlı, işbilən, üstəlik, müdrik göstərmək istəyir.
-
06.01.2017 16:03
Bəli, cari mövsümün ilk yarısında artıq işə yaramayan, məğlubiyyətləri ard-arda sıralayan "Neftçi"ni yenidən yığırlar.
-
05.01.2017 17:17
"Kaş həmin çatları yamamaq fikrinə düşənlər də olaydı".
-
04.01.2017 17:08
Nə yaxşı ki, Bakımız küləklər şəhəridir.
-
04.01.2017 15:24
Biz futbol aləmimizi, bu sahə ilə məşğul olanları yaman qaralamışıq.
-
04.01.2017 12:56
Deyirəm, nə yaxşı ki, bizdə paxıllıq var e...
-
01.01.2017 16:11
Baxın! Baxın! Yaxşı baxın!
-
25.12.2016 15:48
Bu günlərdə "Sumqayıt"ın sabiq yarımmüdafiəçisi Vaqif Cavadovun bir müsahibəsi diqqətimi cəlb etdi.
-
20.12.2016 17:36
Guya onun postamentdən niyə düşdüyü və nə üçün həmin məkana üz tutduğu mənə gün kimi aydındır.
-
19.12.2016 16:45
Deyirəm, nə yaxşı ki, havalar soyuyur.
-
19.12.2016 16:34
Bu axır vaxtlar həmkarlarım bizim Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bir para məqalələr yazıblar.
-
18.12.2016 14:21
Niyə məni qınayırsan, ay mənim aktyor dostum?