Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu - FOTO + YENİLƏNİB

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Elxan İbrahimov xəstəxanaya yerləşdirilib.
Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.     


***14:14

Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. 

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. 

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir.

DİGƏR XƏBƏRLƏR

Top