Acun Ilıcalınn klubu Premyer Liqaya vəsiqə qazanıb – 300 milyon qazanacaq


Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus “Hall Siti” İngiltərə Çempionatının pley-off mərhələsinin finalında “Midlsbro”ya qalib gələrək elitaya yüksəlməyi bacarıb.
Yeniavaz.com
xəbər verir ki, “Uembli” arenasında baş tutan dramatik görüşdə Acun Ilıcalının rəhbərlik etdiyi komanda rəqibini minimal – 1:0 hesabı ilə geridə qoyub. Görüşün taleyini həll edən yeganə qol isə qarşılaşmanın son saniyələrində – 90+5-ci dəqiqədə qeydə alınıb.
Bu qələbə sayəsində “Hall Siti” düz 10 illik fasilədən sonra yenidən İngiltərə Premyer Liqasına vəsiqə qazanıb. Mövsüm boyu stabil və uğurlu oyun nümayiş etdirən klub, bu uğuru ilə həm də böyük bir “maliyyə krallığının” qapısını açıb. Britaniya mediasının iddialarına görə, yüksək liqaya adlamaq kluba təxminən 300 milyon avro civarında gəlir gətirəcək.
Tarixi matçdan öncə hisslərini bölüşən klub sahibi Acun Ilıcalı ciddi həyəcan keçirdiyini gizlətməyib:
“Həm böyük qürur, həm də sonsuz bir xoşbəxtlik hiss edirəm. Hazırda daxilimdə fərqli duyğular çarpışır. Lakin tək bir həqiqət var ki, o da komandamla fəxr etməyimdir. Artıq möcüzənin biraddımlığındayıq”.
Xatırladaq ki, pley-off mərhələsində “Hall Siti”nin potensial rəqibləri arasında yer alan “Sauthempton” turnirdən kənarlaşdırılmışdı. İngiltərə Futbol Liqasının bu qərarına səbəb klubun ciddi qayda pozuntusuna yol verməsi – digər komandaların məşqlərini gizli şəkildə video lentə alması (casusluq etməsi) olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top