Aİ Hörmüz boğazına görə İrana yeni sanksiyalar tətbiq edir


Avropa İttifaqı (Aİ) Hörmüz boğazının blokadası ilə əlaqədar İrana qarşı yeni sanksiyalar hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Aİ Şurasının qətnaməsində öz əksini tapıb.
“Aİ Şurası bu gün İrana qarşı 2023-cü ildə Rusiyaya hərbi dəstəklə əlaqədar tətbiq edilən Aİ sanksiyalarının əhatə dairəsini genişləndirmək qərarına gəlib. Yeni genişləndirilmiş sanksiyalar mexanizmi həmçinin İranın Yaxın Şərqdə naviqasiya azadlığını təhdid edən hərəkətləri ilə əlaqəli şəxsləri və qurumları da hədəfə alacaq”, - sənəddə qeyd edilib.
Həmçinin, Aİ Şurası İranın Hörmüz boğazındakı hərəkətlərinin beynəlxalq hüquqa zidd olduğunu bidirib.
Sanksiyalar ənənəvi olaraq Aİ-yə giriş qadağasını və aktivlərin dondurulmasını əhatə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top