
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yenidən “Beşiktaş”ın baş məşqçiliyinə namizədlər siyahısına daxil olub.
Yeniavaz.com “A spor” telekanalına istinadla xəbər verir ki, bunu idman şərhçisi Kartal Yiğit deyib.
Onun sözlərinə görə, Qurban Qurbanov son anda “Beşiktaş”ın baş məşqçiliyinə namizədlər siyahısına daxil edilib.
Qurban Qurbanovla yanaşı, siyahıda Dino Topmoller, Roberto Mançini, Nuri Şahin, Arda Turan, İlhan Polat və Razvan Luçeskunun da adı var.
Qeyd edək ki, “Beşiktaş” yaxın günlərdə Sergen Yalçınla yollarını ayırıb.
Xatırladaq ki, bundan əvvəl də Qurban Qurbanov “Beşiktaş”ın məşqçilər siyahısında yer almışdı.
Tətbiqimizi yükləyə bilərsiniz